Azərbaycanda test üsulu ləğv ediləcək - Ali məktəblərə buraxılış imtahanları ilə qəbul olunacaqlar

11-08-2015, 21:15           
Azərbaycanda test üsulu ləğv ediləcək - Ali məktəblərə buraxılış imtahanları ilə qəbul olunacaqlar
2015-2016-cı tədris ilindən başlayaraq Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Şirvan şəhərlərində yerləşən 50 məktəbdə tədris təmayüllər üzrə təşkil olunacaq. Təmayüllər üzrə tədris şagirdlərə gələcəkdə istədikləri ixtisaslara uyğun biliyini inkişaf etdirmək, təkmilləşdirmək imkanı verəcək.

Eyni zamanda, dərs saatlarının daha çox hissəsinin ixtisas fənlərinə ayrılması şagirdlərin o yöndə daha çox bilik qazanmasına səbəb olacaq.

Sonrakı illərdə təmayüllər üzrə tədrisin respublikanın bütün məktəblərində tətbiq olunması gözlənilir. Təhsil sistemində bu cür dəyişikliyin şagirdlərin repetitor yanına getməməsi üçün də bir səbəb olacağı bildirilir.

Modern.az-ın məlumata görə, növbəti illərdə respublikanın bütün məktəblərində təmayülləşmənin aparılması çoxdan haqqında danışılan sisteminin gerçəklə.məsilə nəticələnəcək. Söhbər şagirdlərin buraxılış imtahanlarında göstərdikləri nəticələr əsasında ali məktəbə qəbul olunmalarından gedir.

Məlumdur ki, şagirdlərinin orta məktəb imtahanları əsasında ali məktəblərə qəbulu məsələsi zaman-zaman müzakirə edilirdi. İnkişaf etmiş əksər xarici ölkələrdə bu təcrübədən yararlanırlar. Azərbaycanda isə müəyyən problemlərə görə bu məsələnin gerçəkləşdirilməsi gecikdirilir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Azərbaycanın orta ümumtəhsil məktəblərində buraxılış imtahanlarını keçirməsi yeni qəbul sisteminin reallaşa bilməsi ehtimalını ortaya çıxarıb. Artıq TQDK tərəfindən bu məsələyə qismən başlanılıb. Belə ki, kolleclərə qəbul şagirdlərin buraxılış imtahanlarındakı nəticələr əsasında aparılır.

Bəzi təhsil mütəxəxssisləri deyirlər ki, tədrisin təmayüllər üzrə aparılması, ali məktəblərə qəbulun buraxılış imtahanlarının nəticələri əsasında həyata keçirilməsi şagirdləri həm buraxılış, həm də qəbul imtahanına hazırlaşmaq yükündən də azad edəcək.

Eyni zamanda da repetitor yanına, kurslara getməməsinə də şərait yaradacaq.

Qeyd edək ki, tam orta təhsilin təmayülləşməsi üzrə pilot layihə Bakıdakı 5 məktəbdə 2011-ci ildən tətbiq olunur. Bu məktəblər üçün fənlərin sayı 18-dən 13-ə azaldılmaqla xüsusi tədris planları təsdiq edilib, təmayül fənlərinin genişləndirilmiş proqramları hazırlanıb. Sonrakı illərdə daha 3 təhsil müəssisəsi pilot məktəblər siyahısına daxil edilib. Təhsil nazirinin 2015-ci il 8 iyun tarixli əmri ilə Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Şirvan şəhərlərində yerləşən 50 məktəbin təmayül siniflərində 4 təmayül (texniki, riyaziyyat-iqtisadiyyat, humanitar, təbiət) istiqamət üzrə tədris olunacaq fənlərin sayı texniki fənlər təmayüllü siniflərdə 9, riyaziyyat-iqtisadiyyat və humanitar fənlər təmayüllü siniflərdə 8, təbiət fənləri təmayüllü siniflərdə 10-dək azaldılıb. Rus bölməsində həftədə əlavə 2 saat “Azərbaycan dili (dövlət dili kimi)” fənninin tədrisinə ayrılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.