MKİ-nin dəhşətli işgəncələri... - Şok faktlar

29-03-2018, 10:36           
MKİ-nin dəhşətli işgəncələri... - Şok faktlar
Bir neçə il əvvəl ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) işgəncə metodları haqqında dosye Ağ Ev tərəfindən ictimaiyyətə açıqlanmışdı.

Teleqraf.com xəbər verir ki, sözügedən hesabatdakı tükürpədici ifadələr bu günlərdə ictimailəşib.

“Vaşinqton Post” qəzeti həmin dövrdə baş vermiş ən dəhşətli 10 işgəncə faktı haqqında informasiya yayıb. Sözügedən və ciddi skandala səbəb olan MKİ-nin işgəncə metodları haqqında faktları təqdim edirik:

MKİ işgəncələrə məruz qoyduğu 119 nəfərdən 26-nı səhvən həbs etmişdi. Bu şəxslərin arasına Əbu Hudhaifa da var idi. İnformasiya əldə etmək üçün MKİ-nin əməkdaşları Əbu Hudhaifanı buzlu vannada saxlayıb, 66 saat ərzində yuxusuz qoyub. Bu işgəncələrin davam etdiyi zaman MKİ mütəxəssisləri anlayıb ki, Əbu Hudhaifa onların axtardığı terrorçu deyil.

Qeydlərə görə, MKİ həbs etdiyi şəxslər arasında ən azı beşinin üzərində işgəncə xarakterli qidalanma prosesi həyata keçirib. Bu zaman qidalanan şəxslərin dillərində şişmə, böyrəyin öz funksiyasını itirməsi, ürək döyüntülərinin sürətlə artması və ya əksinə azalması halları müşahidə edilib. Saxlanılanlardan Məcid Xanın yeməyi pure halına salınıb və süni yollarla mədəsinə əlavə edilib.

Bundan başqa, qeydlərdə MKİ əməkdaşlarının ən azı 3 məhbusu ailə üzvlərini ödürməklə təhdid edərək, onlardan informasiya almağa cəhd edib. Bu məhbuslardan birinə anasının boğazının kəsiləcəyi deyilib.

Qəribədir ki, MKİ işgəncələrinə dair dosyedən bəlli olub ki, qurum həmin dövrdə onlarla əməkdaşlıq etmiş iki “dost hökumət”in agentini də həbs edib. MKİ onlardan "Əl-Qaidə"nin 11 sentyabrda həyata keçirdiyi hücumla bağlı informasiya almağa cəhd edib. Bu agentlərin sərbəst buraxılması aylarla davam edən danışıqlar prosesinin sonunda mümkün olub.

MKİ-nin həbs etdiyi məşhur Əbu Zubeyd (Zayn el-Abdin məhəmməd Hüseyn) tabut böyüklüyündə olan qutunun içində 266 saat saxlanılıb. Qutunun içində MKİ agentlərinə yalvaran və ağlamağa məcbur olan Əbu Zubeydə deyilib ki, buradan ancaq tabutda çıxa bilər.

MKİ-nin dəhşətli işgəncələrinə məruz qalan şəxslərdən biri də Xalid Şeyx Məhəmməd olub. Məhəmməd 183 dəfə “vaterboarding” deyilən işgəncəyə məruz qoyulub. Bu işgəncə metoduna əsasən, Məhəmməd üzərində süni yolla suda boğulma tətbiq edilib. MKİ əməkdaşları işgəncə zamanı nəfəs almağa çalışan şeyxə zorla su içizdiriblər.

Səhvən həbs edilən 26 şəxsdən biri Nəzər Əli adlı şəxs isə duyğusal işgəncəyə məruz qalıb. Ağlayarkən onun səsi qeydə alınıb və bundan onun ailəsinə qarşı təhdid kimi istifadə edilib.

MKİ əməkdaşları həbs etdiyi bəzi şəxslərə isə klassik işgəncələr tətbiq edib. Belə ki, həbs edilən bəzi şəxslərin əlinə qandal vurulub və 72 saat ərzində ayaq üstə saxlanılıb. Bu müddət ərzində onların üzərlərinə soyuq su tökülüb.

Əlavə edək ki, "Əl-Qaidə" lideri olan Əbu Zubeyd daha çox işgəncələrə məruz qalıb. 2002-ci ildə həbs edilən və MKİ-nin Tailanddakı işgəncə mərkəzində saxlanılmış Zubeyd deyib ki, aldığı yaralar ucbatından həyatla vidalaşmaq ərəfəsində olub. Həkimlər ona 4 dəfə kəlmeyi-şəhadət oxutdurublar.

Zubeyd öz ifadəsində qeyd edib ki, soyuq otaqda çılpaq şəkildə uzun müddət saxlanılıb, 36 saat ona ayaqyoluna getmək qadağan edilib, dəfələrlə döyülüb: “Məni səhvən həbs etmələri ortaya çıxdıqdan sonra, bütün bu dəhşətli işgəncələrdən sonra mənə ancaq "üzr istəyirik, səhv etdik" dedilər”.

Xatırladaq ki, MKİ bu işgəncələri 2001-ci ilin sentyabrında "Əl-Qaidə"nin ABŞ-da həyata keçirdiyi terror hücumundan sonra həyata keçirib. Bu zaman onlarla şəxs səhvən həbs edilərək ölümcül işgəncələrə məruz qoyulub.
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.