Tarixin ən qorxunc savaşçıları: Ölsələr də, sayları heç vaxt azalmayan ordu...- FOTOLAR

9-05-2018, 21:07           
Tarixin ən qorxunc savaşçıları: Ölsələr də, sayları heç vaxt azalmayan ordu...- FOTOLAR
Adları, silahları və döyüş taktikaları ilə tarixdə iz qoymuş bir çox ordu və savaşçılar var. Bir çox filmlərdə səhnələşdirilən bu savaşçılar həqiqətən var olub və amansızcasına döyüşüblər.
Musavat.com tarixin 10 qorxunc ordusu və savaşçıları haqqında maraqlı faktları təqdim edir.

Zande savaşçıları
Zandelilər Afrika qitəsinin ən qorxunc yerli savaşçılarındandır. Onlar Avropadan Afrikaya gəlib macəra axtaran və ya ağacları kəsmək istəyənlərə qarşıdırlar. Bu döyüşçülər Afrika meşələrini öz ixtiraları olan oxlarla və baltalarla qoruyurlar. Avropalıların qorxulu röyası olan bu döyüşçülər olduqca qədim qəbilədən gəlirlər. Zande döyüşçüləri Sudan və Orta Afrikada hələ də yaşamaqdadırlar.

Azteklərin Yaquar döyüşçüləri
Azteklər 14-cü əsrə qədər Meksika və Cənubi Amerikada yaşayan yerli xalq olub. Azteklərin ən yaxşı döyüşçüləri Yaquar döyüşçülər idi. Bu döyüşçülər yaquar paltarı geyinən xüsusi insanlar idi. Onlar döyüşdə ucuna şüşə qırıntıları bərkidilmiş taxta parçaları ilə hücum edirdilər. Yaquar döyüşçüsü olmaq üçün 10 və daha artıq düşməni əsir götürmək lazım idi. Onlar əsir götürdükləri insanları sitayiş etdikləri Yaquar tanrısına qurban kəsirdilər.

Fars ölümsüzləri
Fars Ölümsüzləri, Fars İmperiyası zamanında yetişdirilmiş (xüsusən bunları 300 Spartalı filmindən xatırlayırıq) çox xüsusi bir ordudur. Adlarının Ölümsüzlər olmasının səbəbi 10 min nəfərlik bu xüsusi qüvvənin saylarının heç azalmamasıdır. Bir nəfər azalsa, dərhal onun yerinə yenisi gətirilir və 10 min nəfər yenidən tamamlanırdı. Müharibələrə birbaşa olaraq qatılmayan Fars Ölümsüzləri təhlükəli şəraitlərdə və müharibənin gedişinə görə savaşa müdaxilə edirdilər.

Vikinqlər
Vikinqlər kəndlilərdən toplanan və əsasən ticarət və quldurluq üçün dənizlərdə üzən müxtəlif tayfalardan ibarət olub. 810-cu ildən etibarən 300 il Skandinaviyada hökm sürüblər. Bu illər ərzində vikinqlər bütün Avropaya yürüş ediblər. Vikinq nizəsi digər nizələrdən öz ağırlığı ilə fərqlənirdi. Bu nizələr atılmaq üçün deyil, döyüşdə istifadə üçün idi. Ayrıca olaraq Vikinq baltası var idi ki, uzunluğu 90 sm idi. Baltanı döyüşdə rahat istifadə etmək mümkün idi. Belə ki, bir dəqiq zərbədən sonra ikincisinə ehtiyac olmurdu. Vikinq zirehləri öz tipinə görə Sparta zirehlərinə oxşardı.


Qladiatorlar
“Gladiator” latın sözü olan "qladius"dan götürülüb, “qılınc oynadan adam” deməkdir. Qladiator Qədim Romada insanları əyləndirmək üçün başqa bir qladiatorla, vəhşi heyvanlarla və ya cinayətkarlarla ölənə qədər vuruşan bir döyüşçüdür. Bəzi qladiatorlar öz həyatlarını təhlükəyə ataraq könüllü döyüşə qatılırdılar. Bu döyüşçülərin bir çoxu 30 yaşına çatmadan ölürdülər.


Samuraylar
Samuraylar Yaponiyada 10-18-ci əsrlər arasında döyüşən müdrik savaşçılar idi. “Samuray” sözü qədim yapon dilindən tərcümədə “ali mənsəbə məxsus insanlara xidmət”, “sahibinə qulluq” mənasını verir. Alicənablıq samurayların ən üstün xüsusiyyətlərindən olub. Samuraylar o dərəcədə əxlaqlı, əqidəli olurdular ki, təhqir olunmaqdansa, özlərinə qəsd etməyi daha üstün tuturdular. Samuraylar bir çox xüsusiyyətlərinə görə Avropa cəngavərləri ilə eynidirlər.

Spartalılar
Spartalılar qədim Yunanıstanda yaşamış xüsusi döyüşçülər olub. Spartalılar, döyüş şəxsiyyətləri ilə tanınan, tamamilə döyüşə əsaslanan bir dövlətə sahib olublar. Oğlan uşaqlarını gənc yaşlarından qılınc ilə döyüşməyə öyrədən Spartalılar, tarixin bilinən ən cəsur əsgərlərindəndir.

Spartalı qadınların əsas məqsədi isə ordu üçün yeni döyüşçülər dünyaya gətirmək olub. Spartalılar qüsurlu doğulan oğlan uşaqlarını öldürməyə qərar verirdilər. Onların düşüncələrinə görə, bir Spartalı qüsurlu ola bilməzdi. Spartalılar əsasən Fermopil döyüşü ilə xatırlanırlar. 1962-ci ildə sözügedən Spartalılar ilə Fars ordusunun döyüşü haqqında film də çəkilmişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.