Azərbaycanlı jurnalist “Google”də yüksək vəzifəyə təyin olundu –Röyal Paşayev kimdir?

10-05-2018, 09:05           

Azərbaycanlı rəssam, jurnalist və rejissor Röyal Paşayev ABŞ-da Google şirkətinin art direktor vəzifəsinə təyin olunub.

Hazırda Nyu-Yorkda yaşayan Röyal Paşayev 25 dekabr 1985-ci ildə Gəncədə anadan olub. Sonradan ailəsi ilə birlikdə Ukraynaya köçüb. Orada orta məktəbi bitirdikdən sonra valideynləri yenidən Bakıya qayıdıb və o, 2003-cü ildə jurnalist kimi işə başlayıb. 2004-cü ildə Odlar Yurdu Universitetinə daxil olub, 2008-ci ildə isə jurnalistika üzrə magistr dərəcəsini alıb.

R. Paşayev H.O.S.T-un təsisçilərindən biri və “MadHouse Community” musiqi leyblının meneceridir.

2007-ci ildə fəaliyyətə başlayan H.O.S.T-un yaradıcılarından biri olan R.Paşayev qrupun bütün simvollarının, posterlərinin, konsertlərin vizual dizaynlarının, eləcə də yüzlərlə mahnı albomunun müəllifidir.

2015-ci ildə Royal Paşayev “Magdalena” adlı incəsənət layihəsini təqdim edib. Bu layihənin fərqi onda idi ki, rəssam məşhur qadınları fərqli hicablarda təsvir etmişdi/Publika.az.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru