Qusarın icra başçısını müavini əvəzləyəcək

6-04-2015, 16:08           
Qusarın icra başçısını müavini əvəzləyəcək
Qusar rayon icra hakimiyyətinin başçısı vəzifəsindən alınır. Bununla bağlı Vertiakl.az-a rayondakı mənbələr informasiya verib.

Xəbərdə deyilir ki, Qusar rayon icra hakimiyyətinin başçısı Şair Alxasovu hazırda Qusar RİH-də başçının birinci müavini postunu tutan Arif Məmmədovun əvəzləyəcəyi gözlənilir.

Qeyd edək ki, Şair Alxasov Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizova yaxın şəxs hesab olunur və onun «yuxarılara» təqdimatda Sumqayıtın başçısının müstəsna rolu olub.

Alxasovun görəvdən alınması səbəblərinə gəlincə isə, mənbə dia.az-a bildirib ki, Alxasov artıq 5 ildir ki, Qusara rəhbərlik edir və onunla bağlı yeni təyinat qərarı da çıxa bilər.

Vertikal.az xatırladır ki, Alxasov Şair Balaşərif oğlu 1958-ci ildə Qusar rayonunun Çətkün kəndində anadan olmuşdur. 1985-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu inşaat mühəndisi ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyəti dövründə "Azərelektroterm" İstehsalat Birliyində tikinti işləri üzrə müdir müavini, tikinti trestinin müdiri, "Bərpaçı-A" MMC-nin prezidenti, bir sıra tikinti şirkətlərinin rəhbəri vəzifələrində çalışmışdır. İcra Hakimiyyətinin Başçısı vəzifəsində 18.12.2007-ci il tarixindən çalışır. Ailəlidir, 1 oğlu, 2 qızı vardır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.