Qusar polisi sakinlərə tibbi maska payladı

8-05-2020, 23:16           
Qusar polisi sakinlərə tibbi maska payladı
DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Teref.az-a verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Şöbə əməkdaşları tərəfindən mütəmadi olaraq rayon sakinləri ilə maarifləndirici söhbətlər aparılır, rejim qaydaları barədə məlumatlar verilir.
Həmçinin polis əməkdaşları tərəfindən rayon ərazisində yerləşən poçt məntəqələrinin, bankların, idarələrin qarşısına toplaşan vətəndaşlara sosial məsafənin qorunmasının zəruriliyi barədə məlumatlar verilir, onlara tibbi maska paylanılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru