Gəncə Dövlət Universiteti Silahlı Qüvvələrə Yardım Fonduna 52 min AZN vəsait köçürüb.

8-10-2020, 08:32           
Gəncə Dövlət Universiteti Silahlı Qüvvələrə Yardım Fonduna 52 min AZN vəsait köçürüb.
İşğal olunmuş Azərbaycan torpaqları uğrunda gedən döyüşlər Ordumuzun uğurları ilə davam edir. Ərazilərimizin geri qaytarılması uğrunda gedən döyüşlərdə Azərbaycan ordusunun düşmən üzərindəki qələbələri xalqımızda böyük ruh yüksəkliyi yaratmışdır.
Vətən müharibəsi başlayandan orduya dəstək məqsədilə xalq könüllü səfərbərliyə gedir, əsgərlərin ərzaq, su və sair ehtiyaclarını ödəmək üçün yardımlar göstərir, qanvermə aksiyalarında iştirak edirlər.
Bunlarla yanaşı, ölkəmizdə fəaliyyət göstərən hökumət və qeyri-hökumət təşkilatları, şirkətlər, eləcə də ali təhsil müəssisələri Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna ianələr etməklə ordumuza və dövlətimizə dəstək kampaniyasını həyata keçirirlər.
Gəncə Dövlət Universitetinin rəhbərliyi və bütün əməkdaşları da bu nəcib təşəbbüsə qoşularaq Silahlı Qüvvələrə Yardım Fonduna 52 min AZN vəsait köçürmüşdür.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.