Gəncədə yaşayış yerini tərk edən koronavirus xəstəsi saxlanılıb
6-12-2021, 16:03
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Nizami rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan şəhər sakini Ramin Zeynalov ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı evi tərk etməsi aşkar edilib. Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə R. Zeynalov yaşadığı evə göndərilib, onun barəsində Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb.