Çayxanada qumar oynayanlar saxlanıldılar

24-01-2022, 11:22           
Çayxanada qumar oynayanlar saxlanıldılar
Şabranda qumar oynayan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Teref.az-a verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 23-də rayon ərazisində olan çayxanalardan birində qumar oynayan rayon sakinləri Ruslan Ələkbərov, Elman Hacıyev, Namiq Qarayev, İntiqam Qarazadə, Coşqun Talıbov və Elvin Əliyev saxlanılıblar. Polis şöbəsində üzərlərinə baxış keçirilərkən C.Talıbovun üzərindən narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.