Nəsimi rayon İcra Hakimiyyətində Milli Mətbuatın 147 illiyi ilə əlaqədar tədbir keçirildi FOTO

21-07-2022, 17:03           
Nəsimi rayon İcra Hakimiyyətində  Milli Mətbuatın 147  illiyi ilə əlaqədar tədbir keçirildi
Görüşü giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı
Asif Əsgərov qonaqları salamlayaraq bildirmişdir ki, 147 illiyini qeyd etdiyimiz
Azərbaycan Milli Mətbuatı böyük və şərəfli inkişaf yolu keçmiş, bütün
dövrlərdə qabaqcıl ideyaların carçısı olmuşdur. Mətbuatımız mütərəqqi
ənənələri formalaşdıraraq cəmiyyət qarşısında üzərinə götürdüyü missiyanı
layiqincə yerinə yetirmişdir.
DİA.AZ xəbər verir ki, Rayon İcra Hakimiyyəti tərəfindən kütləvi informasiya vasitələri ilə
sıx və məhsuldar əlaqələrə hər zaman mühüm əhəmiyyət verildiyini qeyd edən Asif
Əsgərov vurğulamışdır ki, Azərbaycan milli mətbuatı bütün dövrlərdə həqiqət
carçısı olmuş, cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını
əks etdirmiş, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində
mühüm rol oynamışdır.
Azərbaycanın ilk milli qəzeti olan «Əkinçi» qəzetinin birinci nömrəsinin
çapdan çıxdığı gün - 22 iyul Azərbaycan Milli Mətbuat günü elan edilmişdir.
Müstəqilliyin əldə edilməsindən sonra informasiya texnologiyalarının inkişafı
Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə
çevirmişdir. Artıq Azərbaycan mətbuatı həm kəmiyyət, həm də keyfiyyət
baxımından region ölkələrini qabaqlayır. Azərbaycan xalqının Ümummilli
Lideri, Ulu Öndər Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli "Azərbaycan
Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi
tədbirləri haqqında" fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində
senzuranın ləğv edilməsi kütləvi infromasiya vasitələrinin sürətli inkişafına
ciddi təkan vermişdir.
Mətbuatın inkişaf etdirilməsi məsələləri daim dövlətin diqqət
mərkəzindədir. Mətbuatın maneəsiz fəaliyyət göstərməsi, onun dünya
təcrübəsi ilə zənginləşdirilməsi, xüsusilə kütləvi informasiya vasitələrinin
maddi-texniki bazasının yaxşılaşdırılması, o cümlədən peşəkar səviyyələrinin
yüksəldilməsi və jurnalistlərin hüquqlarının müdafiəsi üçün dövlətimiz
tərəfindən lazım olan bütün addımlar atılmışdır.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov
bildirdi ki, Müzəffər ordumuz 44 günlük Vətən müharibəsində böyük
qəhrəmanlıq göstərərək işğal altında olan torpaqlarımızı mənfur düşməndən
azad etdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan
Ordusu qızıl hərflərlə zəfər tariximizə yeni səhifə yazdı. Bu gün Prezident,
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tariximizin ən
şərəfli günlərini yaşayan respublikamız bütün dünyada qalib dövlət, xalqımız
isə məğrur xalq kimi tanınır. Bir daha sübut olundu ki, güclü ordu ilə güclü
dövlət anlayışı vəhdət təşkil edir.
“Bununla 44 günlük Vətən müharibəsində jurnalistikanın, xüsusən də
bölgələrdə fəaliyyət göstərən jurnalistlərimizin rolunu vurğulamaq vacibdir.
İkinci Qarabağ müharibəsi zamanı KİV nümayəndələri cəbhə bölgəsində
aktiv iştirak ediblər. Ümumən Vətən müharibəsinin informasiya cəbhəsinin
qurulmasında jurnalistika fəal rol oynadı. Bu baxımdan ermənilərin
informasiya təxribatları ilə bağlı beynəlxalq media ictimaiyyətini ətraflı
məlumatlandırdılar. Bütün bunlar qələbənin qazanılmasında mühüm rol
oynadı.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, “Yeni
Azərbaycan”qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu, “Xalq
Qəzeti” nin baş redaktoru Həsən Həsənov, “Səs” qəzetinin baş reredaktoru
Bəhruz Quliyev və “İki sahil” qəzetinin baş reredaktoru Vüqar Rəhimzadə çıxış
edərək milli mətbuatımızın zəngin və şərəfli yoluna nəzər salmış, Azərbaycan
müstəqillik əldə etdikdən sonra mətbuat sahəsində əldə olunan uğurlardan
danışmış, mətbuat işçilərinə göstərilən diqqət və qayğıya görə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevə mətbuat işçiləri adından
minnətdarlıqlarını bildirmişlər.
Tədbirin sonunda Milli Mətbuat günü münasibətilə KİV
nümayəndələrinə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim
olunmuşdur.
















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.