İyulun 27-də hava necə olacaq

26-07-2022, 14:52           
İyulun 27-də hava necə olacaq
Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən
Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək.
Gündüz havanın arabir tutulacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-24° isti, gündüz 30-35° isti,
Bakıda gecə 21-23° isti, gündüz 32-34° isti olacaq.
Atmosfer təzyiqi 755 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət 55-60 % olacaq.
Abşeron çimərliklərində gözlənilən hava şəraiti
Şimal-şərq küləyi əsəcək.
Dəniz suyunun temperaturu:
Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24° isti,
Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti olacaq.

Azərbaycanın rayonlarında
Əsasən yağmursuz. Lakin gündüz saatlarında bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 32-37° isti, dağlarda gecə 9-14° isti, gündüz 17-22° isti olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru