Şabranda narkotik dövriyyəsinə qarşı əməliyyat keçirilib

27-07-2022, 15:23           
Şabranda narkotik dövriyyəsinə qarşı əməliyyat keçirilib
Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, Mehman Dadaşovun üzərinə və yaşadığı evə baxış keçirilən zaman oradan yarım kiloqrama yaxın marixuana və 7 ədəd yaş vəziyyətdə çətənə (kannabis) bitkiləri aşkar edilib.

Faktla bağlı Şabran RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə M.Dadaşovun barəsində həbs qətimkan tədbiri seçilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru