Şirvanda oğurluq edən şəxs saxlanılıb

27-07-2022, 15:31           
Şirvanda oğurluq edən şəxs saxlanılıb
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində oğurluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə şəhər ərazisində yerləşən iki fərdi yaşayış evindən və bir avtomobildən oğurluq etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Rahim Hüseynov saxlanılıb.
Dindirilmə zamanı R.Hüseynov törətdiyi cinayət əməlini etiraf edərək, peşman olduğunu bildirib.
Faktlarla bağlı Şirvan ŞPŞ-də cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru