GÖYÇAY HƏQİQƏTLƏRİ....

28-07-2022, 12:13           
GÖYÇAY  HƏQİQƏTLƏRİ....
Son zamanlar Göyçayda sürətlə davam edən abadlıq və təmizlik işləri, qayda-qanunun yaradılması, qanunsuz halların aradan qaldırılması, ayrı-ayrı kəndlərdə əhali ilə səyyar görüşlərin keçirilməsi, eləcə də işinə məsuliyyətsiz yanaşan vəzifəli şəxslərin işdən kənarlaşdırılması və töhmət verilməsi kimləri isə qıcıqlandırdığından sosial şəbəkələrdə böhtan və qarayaxma kampaniyasına start verirlər. Bu qarayaxma və böhtanların arxasında kimlərin gizlənməsi elə də maraqlı olmasa da Göyçay Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətləri həvalə edilmiş İkram Vəliyevin 2022-ci ilin mart-iyun aylarında rayonumuza gətirdiyi yeni nəfəs, əhalini məmnun edən xidmətlərini sadalamamaq olmur. Bu həm rayon sakinləri, həm də qarayaxma və böhtana rəvac verənlərə bir hesabatdır. Bu 4 ayda İkram Vəliyevin rayonumuz üçün gördüyü işlərin bir neçəsini oxucularımızın diqqətinə çatdırmaq istərdim:
1. Əli Kərim adına Göyçay şəhər parkında əbədiyyətə qovuşan XX əsr Azərbaycan ədəbiyyatı poeziyasında sözünü demiş həmyerli şairlərimiz Əli Kərim, İsgəndər Coşqun və Əli Səmədlinin məzarlarının qarşısındakı divarın sökülməsi, yerə tamet vurulması və aqlayların yenidən təmizlənməsi işləri - ümumilikdə 2500 manat dəyərində işlər görülüb;
2. Atatürk küçəsi 54 ünvanda çinarın aşması nəticəsində vətəndaşın seyvanına dəymiş ziyanın aradan qaldırılması (seyvanın təmiri və bərpası) işləri üçün - ümumilikdə 730 manat;
3. Şəhərin küçələrindəki barduyurların təmiri və yenidən bərpası işləri üçün - ümumilikdə 300 manat;
4. Şəhriyar küçəsi 8 ünvanda yerləşən 5 mərtəbəli ictimai binanın həyətində abadlıq işləri, məişət tullantılarının saxlanılması yeri və sakinlərin istirahəti üçün oturacaqların quraşdırılması üçün - 400 manat;
5. Əli Kərim parkında və Şəhidlər Xiyabanında divarlara və əbədiyaşar şair və yazıçıların büstlərinə emusiya çəkilməsi, bardiyurların təmiri və ağardılması, Şəhidlər Xiyabanındakı günbəzin təmiri, su çəninin yenisi ilə əvəz olunması üçün - 2500 manat;
6. İcra Hakimiyyətinin inzibati binasındakı bəzi otaqların təmiri üçün - 600 manat;
7. Şəhid bulağının təmiri və aqlayın yenilənməsi üçün - 350 mant;
8. Heydər Əliyev Mərkəzindəki aqlayın təmiri üçün - 250 manat;
9. Mehdi Hüseynzadə küçəsindəki aqlayın yenilənməsi üçün - 2500 manat;
10. Nizami küçəsindəki uçub dağılmış tumbalar və qopan aqlayların təmiri üçün - 3800 manat;
11. Natəvan küçəsindəki uçub dağılmış tumbaların və qopan kafel və aqlayların təmiri və bərpası üçün - 7400 manat;
12. Nizami küçəsində dəyirman dairəsi adlı hissədən keçən arxın üzərindəki dəmir reşotkanın yenidən quraşdırılması üçün - 250 manat;
13. Heydər Əliyev seyrəngahında qopub yararsız hala düşmüş aqlay, kafel və metlaxın yenisi ilə dəyişdirilməsi, oturacaqların təmiri və rənglənməsi işləri üçün - 4940 manat;
14. Heydər Əliyev prospektində yerə döşənmiş kafellərin və dayanacağın, hövuzların təmiri, aqlayın vurulması, yeni nasosların alınması və fantanların işə salınması üçün - 1700 manat;
15. 10 saylı uşaq baxçasının uşub dağılmış taxta hasarının sökülüb götürülərək yerinə yeni daş hasarın çəkilməsi və baxcanın daxilində balacalar üçün yeni sanitar qovşağın tikilməsi işləri üçün - 2800 manat;
16. Şəhidlər Xiyabanında yeni bardiyurların qurulması üçün - 420 manat;
17 İnçə kəndində Birinci Qarabağ döyüşlərində 1994-cü ildə qəhrəmancasına şəhid olmuş şəhid Abdulxalıqov Teymurun anasının 2021-ci ilin noyabr ayında tamamilə yanıb kül olmuş evinin yerində 4 otaq, mətbəxt, hamam və sanitar qovşağından ibarət evin tikintisi üçün -30.000 manat civarında;
18. Çərəkə kəndində 44 günlük döyüşlərdə bizə Zəfər bəxş etmiş qazi Elməddin Məmmədovun evinə bitişik hamam və sanitar qovşağının tikintisi üçün - 4000 manat civarında;
19. Şəhərin işıqlanma sisteminin yenilənməsi və təmiri, kabel xətlərinin dəyişdirilməsi, Heydər Əliyev seyrəngahı boyu və mərkəzin işıqlanma sisteminin yenilənməsi işləri üçün - 2800 manatlıq işlər görülmüşdür.
İkram Vəliyevin rayon icra başçısının səlahiyyətlərinin icrasına başladığı 4 ay müddətində rayonumuz üçün gördüyü işlərin mən yalnız bir qismini sadalaya bildim. Bu müddət ərzində ayrı-ayrı kəndlərdə də görülən işlər nəzərə alınsa həqiqətən də rayon sakinlərinin böyük əksəriyyətinin İkram müəllimin bu 5 aylıq fəaliyyətindən məmnun qalması üçün haqlı olduqlarına heç bir şəkk-şübhə yeri qalmır. Bununla yanaşı İkram müəllim qəbul günləri hər həftənin ikinci günü olmasına baxmayaraq, həftənin 5 günü onun qəbuluna gələn hər bir vətəndaşı qəbul edərək onların problemlərini dinləyir və xeyli hissəsini yerindəcə həll edir.
Beləcə hörmətli Göyçay sakinləri mən rayon icra hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən həmyerlimiz İkram Vəliyevin rayonumuz üçün 5 ay müddətində gördüyü işlərin müəyyən qismini sadaladım. Çox şübhəsiz ki, mənim bu yazıma ağız büzənlər, bütüm rənglərə qara deyənlər də tapılacaq, qoy olsun. Düşünürəm ki, yazdığım "Göyçay həqiqətləri"nə ilk öncə hərə öz ağlının məhsulunu və intelektini nümayiş etdirəcək.
Bütün Göyçay sakinlərinə böyük sayğı və hörmətlə - Göyçay RİH, İctimai Nəzarət Komissiyası.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.