Neftçala polisi Şəhid ailələrini ziyarət edib

29-09-2022, 18:54           
Neftçala polisi Şəhid ailələrini ziyarət edib
Neftçala Rayon Polis Şöbəsinin rəhbərliyi və əməkdaşları, eləcə də Daxili
Qoşunlarının hərbi qulluqçuları torpaqlarımızın azadlığı uğrunda aparılan Vətən
müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan hərbiçilərimizin ailələrini ziyarət
ediblər.
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları olmuş Rauf
Süleymanov, Şahlar Məmmədov və Səid Cəfərovun ailə üzvlərinin qonağı olan
polislər və hərbi qulluqçular görüş zamanı onların qayğıları ilə maraqlanıb,
şəhidlərimizin Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqlardan, qələbə
əzmindən danışıblar. Bildirilib ki, müqəddəs amal uğrundan canlarından keçən
mərd oğullarımızın əziz xatirələri hər zaman qəlbimizdə yaşayacaq və onların
igidlikləri gələcək nəsillər üçün örnək olacaq.
Şəhid ailələri də onlara göstərilən diqqət və qayğıya görə öz
minnətdarlıqlarını bildiriblər.
Görüşlərin sonundan RPŞ-nin kollektivi və hərbi qulluqçular şəhidlərin
məzarlarını ziyarət edərək, önünə əklil və gül-çiçək dəstələri qoyublar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru