Nərimanovda ahıllarla gənclərin birgə tədbirləri planlaşdırıldı

2-10-2022, 09:15           
Nərimanovda ahıllarla gənclərin birgə tədbirləri planlaşdırıldı
Rayonun bir qrup ahıl sakinləri ilə keçirilən görüşdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev cəmiyyətimizdə hər zaman ahıllara, yaşlı insanlara dərin ehtiram, ağsaqqal sözünə böyük hörmət olduğunu bildirib. İcra başçısı ölkədə ahıllara göstərilən diqqət və qayğını vurğulayaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu siyasətdən, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun həyata keçirdiyi genişmiqyaslı işlərdən danışıb. Səmimi söhbət şəraitində keçən tədbirdə ağsaqqallarla gənclərin silsilə görüşlərinin keçirilməsi qərara alınıb.
Tədbirdə iştirak edən yaşlı nəslin nümayəndələri onlara göstərilən diqqət və qayğıdan danışmış və bu işlərə görə ölkə başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmiş, ölkəmizin inkişafı naminə görülən tarixi işlərdə uğurlar arzulamışlar.


















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru