Qorqud partiyasının bəyanatı
28-03-2023, 08:58
İran yenə Azərbaycanı hədələməkdə davam edir. Biz isə susuruq. Niyə? Cavab verməyə sözümüz yoxdur? Mən, Qorqud partiyasının sədri olaraq dəfələrlə İranın molla hakimiyyətinin əsası olan fars şiəliyini elmi tənqid etmişəm və göstərmişəm ki, bu günkü İran şiəliyinin əsl şiəliyə qətiyyən aidiyyəti yoxdur. İran hakimiyyəti də bu saxta fars şiəliyi üstündə durur. Biz İran xalqına əsl şiəliyin nə olduğunu izah etsək, İran xalqı onları hakimiyyətdə saxlamaz. Niyə xarici siyasətə məsul şəxslər bu istiqamətdə susurlar? Mən bununla bağlı öz köməyimi dəfələrlə təklif etmişəm. Niyə hökumətimiz təklifimi qəbul etmir? Əsl şiəliyi biz - ifrat Gelat şiələri kimi tanınan Gilar bəgləri yaratmışıq və bu gün heç kimin sözümüz qarşısında söz deməyə elmi çatmız. Tək şiəliyi yox, bütün dinlərin əsasını biz qoymuşuq və bu gün heç kim dünya dinlərinin əsl mahiyyətini anlamır. Mən Batini-Quran kitabımda və 200 yaxın müxtəlif dillərdəki məqalələrimdə bunları elmi sübut etmişəm. Təəssüf ki, bizim alim və ziyalılarımız susur. İran və Rusiya kimi düşmənlərimiz bizi yenidən parçalamaq istədiyi halda ziyalı və alimlərimizin susqunluğu anlaşılmazdır. Əsrlər boyu düşmən qapıda olanda, bəglər umu-küslünü unudub, birləşər və düşmənə qarşı bir yumruq kimi çıxış edərdilər. Məgər bu günkü ziyalılarımız o bəg-ərənlərin törəmələri deyilmi? Axı bütün Azərilər, Allahın Özünə qulluq üçün seçdiyi pir-bəglərin, seyid-şıxların nəslidir və bu El həm də Rəhman Allahın ərşə yüksəldiyi müqəddəs Eldir. Allah onsuz da axırda Öz elini xilas edəcəkdir və bu Lövhi-Məhfuzda əvvəlcədən müəyyənləşdirilmişdir. Ziyalılarımızın etinasızlığı isə sonda özlərinə qarşı olacaqdır. Mən, bütün qədim yazıların batini mənalarını bilən bir sufi-batin alimi kimi bunları tam məsuliyyətimlə bildirirəm. Hakimiyyətimizin İranla bağlı daha sərt siyasət aparmasını və mənim köməyimi qəbul etmələrini təklif edirəm.
Qorqud partiyasının sədri: Firudin Kərimov (Firudin Gilar Bəg)