Sumqayıtda dindarlar belə təhqir olundu - Ramazanda müftə içki süfrəsi

11-06-2016, 15:50           

teref.az- nun poçtuna gələn bu məktubu sizə təqdim edirik:
Nə deyirisnz deyin, lakin Azərbaycanın İslam aləminin bir parçası olduğunu qəbul etməliyik. İstəyir biznesdə istəıyir münasibətlərdə hər kəs öz işini buna uyğunıladırmalıdır. Sumqayıtda Azərbaycanın dindar şəhərlərindən biridir. Bu gün müqəddəs Ramazan ayıdır. İnsanlar Oruc tutur, dualar ediurlər. Və bunu Sumqayıtın müsəlman olan böyük əksəriyyəti riayət edir. Lakin "Az-Granata"-nın reklamı həqiqətən bütün Sumqayıt dindarlarını əvvəl sevindirdi.
"Əziz Sumqyıtlılar! Axır ki, səbirsizliklə gözlədiyiniz gün gəlib çatdı.11iyun 2016-ci ildə 17-00da Sumqayıt şəhərində "Az-Granata"nın 12-ci firma mağazasının açılış mərasimi olacaq. Şərabsevərlər açılışa dəvətlidirlər. sabah achilacaq AzGranata firma maqazasi"

Lakin sabahısı gün açılışa çağırışı və reklamları görən dindarlar həqiqətən şoka düşüblər. Axı bu qədərdə adət ənənəni və camaatın hissləri ilə oynamazlar.
"Bu gun saat 17-00-da haminizi Sumqayitda bu maqazanin qarshisinda achilisha devet edirem. Burada mohteshem bir dequstasiya olacaq. Azerbaycanimizin en boyuk alkoqollu ichki sektoru ile tanish olun."
Müqəddəs Ramazan ayında xalqın oruc tutmasına rəğmən, oruc zamanı görəsən kim alkoqollu içkiləri reklam xatirinə pulsuz camaata paylayır.
Bu artıq camaatın dini heysiyyatı ilə oynamaqdır! Görəsən "Az-Granata"-nın rəhbərliyini nə məcbur edib ki. müqəddəs Ramazan ayında belə bir açılş etsin və dinin güclü olduğu bir şəhərdə camaata pulsuz alkoqollu içki paylasın?
Yəni şirkət rəhbərliyi heç xalqın fikri ilə hesablaşmır?
teref.az olaraq "Az-Granata"-nın rəhbərliyinin fikirlərinə yer verməyə hazırıq!
teref.az
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.