Tacikistan–Azərbaycan iqtisadi əməkdaşlığı inkişafdadır

7-04-2023, 12:36           
Tacikistan–Azərbaycan  iqtisadi əməkdaşlığı inkişafdadır
Azərbaycan Prezidenti İlham Əliyev Tacikistanın dövlət başçısı Emoməli Rəhmonub dəvəti ilə Tacikistan Respublikasına dövlət səfərinə gəlib. Səfər çərçivəsində iki ölkə rəhbərlərinin geniş tərkibdə görüşündə Azərbaycan və Tacik xalqlarının qədim tarixi köklərə malik ənənəvi dostluq telləri bağladığı vurğulanıb, ötən illər ərzində həm ikitərəfli əsasda, həm də beynəlxalq və regional təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın hərtərəfli şəkildə genişləndiyi bildirilib.
İki ölkə arasında münasibətlərin di¬namik inkişafı dövlət başçılarının mət¬buata bəyanatlarında da öz ifadəsini tapıb. Azərbaycan Prezidenti isə bəyana¬tında respublikamızın Tacikistanda in¬vestisiya layihələrini ciddi nəzərdən ke¬çirməyə hazır olduğunu bildirərək, bunu dost ölkənin bizə yaxın dövlət olması, orada sabitlik hökm sürməsi ilə əlaqələn¬dirib: “İnvestisiyalar yalnız sabitlik və yaxşı investisiya şəraiti olan ölkələrə yönəldilir. Çoxsaylı xarici şirkətlər tərə¬findən Tacikistanda fəal sərmayə qoyul¬ması ona dəlalət edir ki, investisiyalar, o cümlədən xarici investisiyalar dövlət tərəfindən qorunur”.
Dövlətimizin başçısının Tacikistan səfəri çərçivəsində iki ölkə arasında yerquruluşu, torpaq münasibətləri, ka¬dastr, geodeziya, kartoqrafiya, Yerin mə¬safədən zondlanması, gömrük xidmət¬lərinin tənzimlənməsi, kənd təsərrüfatı, investisiyalar, startapların təşviqi kimi məsələlərə aid mühüm sənədlər imzalanıb.
Prezident İlham Əliyevin Tacikistan Respublikasına dövlət səfərinin məqsə¬di ölkələrimiz arasında yüksək səviyyə¬də olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. İkitərəfli münasibətlərin gün¬dəliyində olan aktual məsələlərin müza¬kirəsi məqsədilə dövlətimizin başçısının Tacikistanın Prezidenti Emoməli Rəh¬mon ilə təkbətək və geniş tərkibdə gö-rüşləri, həmçinin hər iki dövlət başçısının mətbuata bəyanatlarla çıxışları bunun bariz ifadəsidir.
Azərbaycan Tacikistanla hərtərəfli əlaqələrin inkişafına böyük önəm ve¬rir. Son 30 il ərzində iki ölkə arasında əlaqələr möhkəmlənib və nəticədə qar¬şılıqlı səmərəli məsələlərin həlli və bey¬nəlxalq arenada aktiv qarşılıqlı əlaqələr üçün əlverişli şərait yaradılıb. Tacikistan və Azərbaycanı çoxəsrlik tarix və mə¬dəniyyət, dostluq münasibətləri, ümumi dəyər və ənənələr birləşdirib.
İkitərəfli əməkdaşlığın hüquqi ba¬zasını, əməkdaşlığın müxtəlif sferaları-nı tənzimləyən təqribən 62 saziş təşkil edib. Hüquqi müqavilə bazasının əsası iki ölkənin liderlərinin rəsmi səfərləri¬nin nəticələrinə əsasən formalaşıb. Bu ikitərəfli sənədlər siyasi, iqtisadi, ticari, investisiya, sənaye, nəqliyyat, turizm, elmi-texniki sahədən mədəni-humani¬tar sahəyədək müxtəlif sferaları, habelə hüquq-mühafizə orqanlarının əməkdaş¬lığını əhatə edib.

Vahid İsmayılov
Tarix üzrə fəlsəfə doktoru












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.