Şəmkirdə silsilə oğurluq edən şəxs saxlanılıb

12-04-2023, 11:52           
Şəmkirdə silsilə oğurluq edən şəxs saxlanılıb
Şəmkir Rayon Polis Şöbəsinin Zəyəm Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Zəyəm qəsəbəsindəki fərdi yaşayış evlərindən və fermadan silsilə oğurluqlar etməklə zərərçəkmişlərə xeyli miqdarda maddi ziyan vuran şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, araşdırmalarla rayon sakini Qoşqar Hüseynovun cari ilin müxtəlif vaxtlarında rayon ərazisindəki fermadan 10 baş xırda buynuzlu heyvan, fərdi yaşayış evlərindən elektriklə məişət və inşaat avadanlıqları, naqil, geyim dəsti və digər əşyaları oğurlayaraq satması məlum olub. Bundan başqa saxlanılan şəxsin ətrafında keçirilən istintaq-əməliyyat tədbiri nəticəsində Q. Hüseynovun yaşadığı evdən 1 ədəd müvafiq sənədləri olmayan tüfəng və 1 ədəd avtomat patronu aşkar edilərək götürülüb.
Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru