Qazaxıstan və Azərbaycan müttəfiqik yolunda inamlı addımlar atırlar
12-04-2023, 12:36

Prezident İlham Əliyev bu il aprel ayının 10-da Qazaxıstan Respublikasına rəsmi səfərdə olub. Bu səfər hər iki dövlət arasınada əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət etdiyinə görə mühüm əhəmiyyətə malik idi.
Bu səfər son illər iki dövlət arasında qurulan dostluq-qardaşlıq münasibətlərinin yüksələn xətti üzrə inkişafında yeni mərhələdir. Bundan əvvəl həm Qazaxıstan Pezidentinin Azərbaycana səfəri, həm də ölkə başçımızın Qazaxıstana səfəri mühüm nəticələrlərlə yadda qalmışdı.
Bundan əvvəl Qazaxıstan və Azərbaycan prezidentləri həm Türk Dövlətləri Təşkilatının sammitlərində, həm də Şanxay Əməkdaşlıq Təşkilatının zirvə toplantılarında görüşmüş, müxtəlif məsələlərə dair müzakirələr aparmışdılar.
Bu səfər zamanı da iki dövlət arasında bir sıra mühüm sənədlər imzalandı. Buraya Azərbaycan Respublikası və Qazaxıstan Respublikası Ali Dövlətlərarası Şurasının yaradılması haqqında protokoldan tutmuş ta hər iki dövlətin baş xəbər agentlikllərinin əməkdaşlığına, multikulturizm sahəsində tərəfdaşlğa, eləcə də biznes ortqalığı barədə anlaşmaya dair bir sıra sənədlər aiddir. Bundan başqa, Azərbaycan və Qazaxıstan elm sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu da imzalayıb.
Qeyd edilməlidir ki, ötən ilin avqust ayının 24-də Qazaxıstan Prezidentinin işğaldan azad edilmiş Füzuli şəhərində olub, burada qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin tikintisi ilə maraqlanıb. Bu mərkəz Qazaxıstanın Azərbaycana hədiyyəsidir və xalqımız bunu heç vaxt unutmayacaq.
Qazax və Azərbaycan xalqı arasında soy-kök identikliyinə əsaslanan çoxəsrlik qarşılıqlı əlaqələr mövcud olub və istər mədəni müstəvidə, istərsə də dil və adət-ənənə yaxınlığı baxımından hər iki xalqın bir-birinə daha da yaxınlaşmasını zəruri edir. Xəzər regionunda, Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda baş verən proseslər bizə regional təhlükəsizliklə bağlı məsələlərdən başlamış nəqliyyat, logistika, energetika, humanitar əməkdaşlıq, ekologiya ilə bağlı məsələlərə qədər bütün istiqamətlər üzrə əməkdaşlığı möhkəmlətməyi diktə edir. Başqa yolu yoxdur. Həm Azərbaycan, həm də Qazaxıstan müstəqillik qazandıqdan bəri bütün transmilli və regional layihələrdə iştiraka can-başla hazır olduqlarını dəfələrlə göstəriblər və həmin istiqamətdə davam edirlər.
İki dövlət arasında əmtəə dövriyyəsinin artırılması sahəsində geniş potensial var. Yaxın illərdə Qazaxıstanın və Azərbaycanın arasındakı ticarət dövriyyədi milyard dollara çatmalıdır. Hər iki dövlətin elə bir iqtisadi potensialı var ki, bir-birinin iqtisadiyyatı üçün geniş anlamda faydalı ola bilər. Buradan Qazxıstanata, Qazaxıstandan isə buraya tədarük edilə biləcək əmtətələr çoxdur və iki ölkə bir-biri üçün əlverişli bazar rolu oynamaq gücündədir.
Bir sıra beynəlxalq və regional təşkilatlarda bərabər təmsil olunan Qazaxıstan və Azərbaycan lazımi anlarda bir-birinin haqq işinə dəstək verməsi faktları da var. Məsələn, 44 günlük müharibədə Ermənistan Azərbaycanı onun ərazi bütövlüyünü pozmaqda şərləmək və regiona KTMT qoşunlarını cəlb etmək istəyərkən Qazaxıstanın prinsipial mövqeyi ilə üzləşmişdi. Eləcə də 2022-ci ilin yanvarında Qazaxıstanda iğtişaşlar baş verərəkən və KTMT qoşunları bu ölkəyə yeridilərkən Azərbaycan Qazaxıstanın legitim hakimiyyətinə dəstək vermişdi.
Bu il aprelin 10-da isə Astananın mərkəzində yerləşən küçəyə Azərbaycan xalqının ümummulli lideri Heydər Əliyevin adının verilməsi Ulu Öndərin xatirəsinə, eləcə də bütün Azərbaycan xalqına hörmətin, dostluğun, qardaşlığın əlamətidir.
Təranə Tağıyeva – BDU, Beynelxalq munasibətlər ve iqtisadiyyat fakultəsinin dosenti, Tarix üzrə fəlsəfə doktoru