Azərbaycan və qazax xalqlarının xoşbəxt gələcəyi naminə atılan addımlar
12-04-2023, 12:56

Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu türk dövlətlərindən biri
də Qazaxıstandır. Qazaxıstan-Azərbaycan münasibətləri dərin köklərə
malikdir. Azərbaycan və qazax xalqlarını tarixi bağlar, adət-ənənə
oxşarlığı, etiqad eyniliyi və coğrafi qonşuluq kimi fundamental amillər
Azərbaycan və qazax xalqlarının xoşbəxt gələcəyi
naminə atılan addımlar
birləşdirir. Bütün bunlar da dövlətlərimiz arasında münasibətlərin
səmimiliyini və davamlılığını şərtləndirir. Azərbaycan-Qazaxıstan
müstəqillik illərində qarşılıqlı münasibətlərini uğurla inkişaf etdirərək yüksək
səviyyəyə çatdırıblar.
Azərbaycan Mərkəzi Asiya ölkəri, o cümlədən regionun türk dövlətləri
ilə münasibətlərə mühüm əhəmiyyət verir. Son illər Prezident İlham
Əliyevin Mərkəzi Asiya ölkələrinə, həmin dövlətlərin başçılarının isə
Azərbaycana səfərləri müntəzəm xarakter alıb. Bu isə təbii olaraq
ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının
yaranmasına gətirib çıxarıb.
Prezident İlham Əliyevin aprelin 10-da Qazaxıstana səfəri, Astanada
iki ölkənin liderləri arasında aparılan danışıqlar Azərbaycan-Qazaxıstan
münasibətlərinin inkişaf perspektivlərinə mühüm töhfədir.
Dövlət rəhbərlərinin birgə səyləri nəticəsində son illərdə
Qazaxıstanla Azərbaycan arasında münasibətlər daha açıq və hərtərəfli
xarakter kəsb etmiş, siyasi, ticarət-iqtisadi, mədəni-humanitar
əməkdaşlıqlar daha da aktivləşmişdir. Aprelin 10-da Astanada Azərbaycan
Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-
Jomart Tokayev ilə görüşlərində 2022-ci ildə qarşılıqlı ticarət dövriyyəsinin
həcminin 2021-ci illə müqayisədə 4,4 dəfə artaraq 598 milyon 400 min ABŞ
dollara çatdığı, bu göstəricilərin 2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf
etdirilməsi haqqında kompleks proqramın icrası ilə daha da yüksələcəyinə
inam ifadə olunub.
Dövlət başçımızın dost ölkəyə səfəri çərçivəsində keçirilən görüşlərdə
energetika sahəsində əməkdaşlığın inkişafından da danışılıb. Ötən il
“SOCAR” və “KazMunayQaz” şirkətləri arasında ildə 1,5 milyon ton
Qazaxıstan mənşəli neftin nəqlinə dair imzalanmış 5 illik müqavilə enerji
əməkdaşlığında irəliləyiş kimi dəyərləndirilib. Cari ilin martından Bakı-
Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə Qazaxıstanın “Tengiz” yatağından
hasil edilən neftin nəqlinə başlanılıb. Aprel ayında isə BTC ilə 125 min ton
Qazaxıstan neftinin nəqli planlaşdırılıb.
Görüşlərdə hər iki ölkənin “yaşıl enerji”yə keçid sahəsində ciddi səylər
göstərdiyi də vurğulanaraq bərpa olunan enerji və enerji səmərəliliyi kimi
sahələrdə Qazaxıstan şirkətləri ilə əməkdaşlıq niyyətləri ifadə edilib.
Həmçinin nəqliyyat-logistika əlaqələrinin inkişafı, Çin və Mərkəzi Asiya
ölkələrindən Avropaya və əks istiqamətdə yük axınları məqsədilə
ölkələrimizin tranzit potensialının artırılması üçün birgə fəaliyyətin
əhəmiyyətindən söhbət açılıb.
Qeyd edilməlidir ki, Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ərəfəsinə təsadüf edir.
Astanada Heydər Əliyev küçəsinin təntənəli açılış mərasimi, Prezident
Kasım-Jomart Tokayevin Ulu Öndər barədə fikirləri həqiqətən də qardaş
ölkədə Azərbaycan xalqının Ümummilli liderinə dərin rəğbət və böyük
hörmətin olduğunu nümayiş etdirir.
Bir vacib faktı da vurğulayaq ki, Qazaxıstan Qarabağ məsələsində də
ilk gündən Azərbaycanın yanında olub, ölkəmizin haqlı mövqeyini
beynəlxalq platformalarda dəstəkləyib. Qazaxıstan Prezidentinin işğaldan
azad edilmiş Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı
adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması təşəbbüsü də iki xalq
arasında əsl dostluğun, qardaşlığın rəmzidir.
Göründüyü kimi, Azərbaycan-Qazaxıstan əlaqələri bütün sahələrdə
uğurla inkişaf edir, dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri
ölkələrimiz arasında əməkdaşlığın ildən-ilə güclənməsinə mühüm təsir
göstərməkdədir.
Metin Hüseynov - siyasi sərhçi, politoloq