Azərbaycan-Qazaxıstan əlaqələri inkişafdadır

12-04-2023, 13:05           
Azərbaycan-Qazaxıstan əlaqələri inkişafdadır
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
Qazaxıstana 10 aprel 2023-cü il tarixli səfəri böyük əhəmiyyətə malikdir.
İmzalanan sənədlər də bunu təsdiq edir. Qazaxıstan və Azərbaycan
prezidentləri Kasım-Jomart Tokayev və İlham Əliyev Astanada ticarət-
iqtisadi, nəqliyyat, tranzit və humanitar əməkdaşlıq məsələlərini müzakirə
edib və müvafiq sənədləri imzalayıblar.
Səfər çərçivəsində, aprelin 10-da Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-
Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər. Qazaxıstanlı həmkarı
ilə mətbuata bəyanatla çıxış edən Prezident İlham Əliyev Azərbaycanla
Qazaxıstan arasında müttəfiq münasibətlərinin qarşılıqlı fəaliyyətin gələcək
inkişafı üçün möhkəm təməl olduğunu qeyd edib.
Qazaxıstanda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin
xatirəsinə göstərilən böyük hörmət və ehtiramı yüksək qiymətləndirən
cənab Prezident Astananın mərkəzində Heydər Əliyevin adını daşıyan
küçənin açılışının Ulu Öndər Heydər Əliyevin xatirəsinə, habelə bütün
Azərbaycan xalqına hörmətin, dostluğun, qardaşlığın əlamətidi olduğunu
bildirmişdir.
Qeyd olunmuşdur ki, Qazaxıstan Prezidentinin işğaldan azad edilmiş
Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq
Yaradıcılıq Mərkəzinin yaradılması təşəbbüsü iki xalq arasında dostluğun
rəmzidir. Bu Mərkəz Qazaxıstanın Azərbaycana hədiyyəsidir.
Müttəfiqlik münasibətlərinin getdikcə daha da möhkəmlənməsindən və
inkişaf etməsindən danışan cənab Prezident bldirmişdir ki, keçən ilin avqust
ayında Qazaxıstan Prezidentinin Azərbaycana rəsmi səfəri zamanı
Müttəfiqlik qarşılıqlı əlaqələrinin və strateji tərəfdaşlıq münasibətlərinin
dərinləşdirilməsi haqqında Bəyannamə imzalandı. Cari ilin 10 aprel
tarixində imzalanmış Bəyannamə də əlaqələrin və müttəfiqlik
münasibətlərinin möhkəmlənməsinə yönəlib. Bunun əsasını ölkələrimizin
qardaş xalqları arasında çoxəsrlik tarixə malik olan qarşılıqlı əlaqələr,
dostluq və əməkdaşlıq təşkil edir.
Azərbaycan və Qazaxıstanın Beynəlxalq müstəvidə bir birinə qarşılıqlı
dəstək verdiyini bildirən cənab Prezident qeyd etmişdir ki, ölkələrimiz
beynəlxalq təşkilatlar çərçivəsində fəal qarşılıqlı əlaqə saxlayır, bütün
məsələlərə dair bir-birini dəstəkləyir. Xüsusən ölkələrimizdən birinin üzv
olduğu təşkilatlarda bir-birimizi dəstəkləyir. Bu, uzun illər boyu bizim
münasibətlərin səmimi xarakterini nümayiş etdirir.
Azərbaycan ilə Qazaxıstan arasında mədəni əməkdaşlıq Prezident
İlham Əliyevin Qazaxıstan səfərinin mərkəzi mövzusunu təşkil edib.
Hadisələrin bu cür inkişafı qanunauyğundur belə ki, Azərbaycan və
Qazaxıstan xalqları tarixən yaxın olub və humanitar sahədə əməkdaşlıq
xalqlar arasında dostluq və qardaşlıq münasibətlərinin daha da
möhkəmlənməsinə və inkişaf etməsinə yeni imkanlar açacaq.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
Qazaxıstan səfəri istər Azərbaycan, istərsə də Qazxıstan üçün ikitərəfli
münasibətlərin əhəmiyyətini artırıb. Səfər çərçivəsində, xüsusən humanitar
sahədə əməkdaşlıq və Ali Dövlətlərarası Şuranın yaradılması barədə əldə
edilmiş razılaşmalar ona deməyə əsas verir ki, Azərbaycan-Qazaxıstan
münasibətləri bundan sonra daha sürətlə inkişaf edəcək və hər iki xalqın
məhafeyinə xidmət edəcəkdir.


Vahid İsmayılov
Tarix üzrə fəlsəfə doktoru












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.