Lənkərandan Şəmkirə odlu satmağa gələn keçmiş məhkum saxlanılıb

13-04-2023, 16:01           
Lənkərandan Şəmkirə odlu satmağa gələn keçmiş məhkum saxlanılıb
Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində əməliyyat tədbiri keçirilib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində odlu silahı 600 manata satmaq istəyən Bakı şəhər sakini Emil Dadaşov saxlanılıb. Polis şöbəsində şübhəli şəxsin üzərinə baxış keçirilən zaman 1 ədəd qundağı və lüləsi kəsilmiş ov tüfəngi, 5 ədəd həmin tüfəngə məxsus patron və narkotik maddə olan “metamfetamin” aşkar edilərək götürülüb. Dindirilmə zamanı saxlanılan şəxs silahın vəfat etmiş babasından qalmasını, uzun müddət Lənkəran rayonundakı qəbirstanlıqda babasının məzarında gizlətdiyini və Şəmkir rayonuna satmaq məqsədi ilə gətirdiyini etiraf edib. Faktla bağlı araşdırmalar davam etdirilir.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru