Zərdab Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi "avtoş" ovunda...

14-04-2023, 11:55           
Zərdab Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi "avtoş" ovunda...
Zərdab Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində təhlükəsizliyin təmin edilməsi məqsədilə nəzarət-profilaktiki tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, rayonunun müxtəlif küçə və prospektlərində təşkil olunan tədbirlər zamanı nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi edən, dayanma-durma və digər yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq özləri ilə yanaşı digər hərəkət iştirakçıları üçün də təhlükə yaradan sürücülər müəyyən olunub.
Polis əməkdaşları tərəfindən həmin şəxslərlə izahedici söhbətlər aparılıb, yol verdikləri qayda pozuntuları onların diqqətinə çatdırılıb və barələrində qanunvericiliyə uyğun olaraq tədbirlər olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru