“Nar”ın dəstəyi ilə “Breyn Rinq”in 21-ci mövsümü davam edir - Diqqət!

15-04-2023, 11:17           
“Nar”ın dəstəyi ilə “Breyn Rinq”in 21-ci mövsümü davam edir - Diqqət!
“Nar”ın dəstəyi ilə keçirilən “Breyn Rinq” bilik yarışının 21-ci mövsümü başlayıb. Yeni mövsümdə 9 region və 7 universiteti təmsil edən 20 komandanın iştirak etdiyi yarışı hər həftənin bazar günü saat 18:20-də İctimai Televiziyada yayımlanacaq.
Bu mövsümdən tətbiq edilən yeni qaydalara görə, həftənin qalibləri ayın final görüşündə üz-üzə gələcəklər. Ümumilikdə isə ayın qalibləri “Nar” kuboku uğurunda mübarizəyə qoşula biləcək. İlin sonunda isə “Bilik” kuboku və “Nar” kubokunun qalibləri, yəni 2 komanda Azərbaycan çempionu titulu uğrunda yarışır.
Qeyd edək ki, ölkənin intellektual inkişafına dəstəyinin ifadəsi olaraq, “Nar” artıq 11 ildir ki, “Breyn Rinq” yarışını dəstəkləməyə davam edir. Mobil operatorun dəstəklədiyi digər sosial layihələr haqqında ətraflı məlumatı nar.az səhifəsindən əldə etmək olar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru