Bu gün hava necə olacaq?

20-04-2023, 00:00           
Bu gün hava necə olacaq?
Bakıda və Abşeron yarımadasında
Dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir.
Əsasən səhər və axşam bəzi yerlərdə duman olacağı ehtimalı var.
Cənub küləyi günün birinci yarısında arabir güclənəcək.
Havanın temperaturu gecə 9-12° isti, gündüz 13-18° isti olacaq.
Atmosfer təzyiqi 762 mm civə sütunundan 755 mm civə sütununa enəcək.
Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında
Əsasən yağmursuz. Lakin gündüz bəzi dağlıq ərazilərdə az yağıntılı olacağı ehtimalı var.
Bəzi yerlərdə duman. Şərq küləyi bəzi şərq rayonlarında arabir güclənəcək.
Havanın temperaturu gecə 7-12° isti, gündüz 17-22°, bəzi yerlərdə 26°-dək isti, dağlarda gecə 0-5° isti, gündüz 6-11° isti olacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.