Azərbaycanın iqtisadi qüdrətinin yaradıcısı – Heydər Əliyev

20-04-2023, 15:37           
Azərbaycanın iqtisadi qüdrətinin yaradıcısı – Heydər Əliyev
Azərbaycanın müasir tarixinin şərəfli səhifələrinin yazılmasına və ölkəmizin müstəqilliyinin əbədiliyinə hərtərəfli zəmin yaratmasına məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə oldu. Ümummilli liderin islahatlar yolu ilə Azərbaycanın milli iqtisadiyyatının formalaşdırılması siyasəti hələ Sovet İttifaqı zamanında - 1969-cu ildən Heydər Əliyevin ölkəyə rəhbərliyi ilə başlanan böyük tarixi missiyanın əsas istiqamətlərindən idi. Zəngin təbii sərvətlərinə, istehsal potensialına baxmayaraq, Azərbaycanın keçmiş SSRİ-nin geridə qalmış respublikalar sırasına düşməsinin səbəblərini araşdıran Ulu Öndər Heydər Əliyev iqtisadi inkişafa xidmət edən kompleks tədbirlərin həyata keçirilməsini təmin etməklə, peşəkar strateq və müdrik dövlət xadimi olduğunu sübuta yetirmişdir. Ümummilli lider respublikada, ilk növbədə, milli-mənəvi ruhu yüksəltməklə, azərbaycanlıların öz tarixi ənənələrinə, köklərinə bağlılığı sürətləndirməyə çalışmış, xalqın müstəqil yaşaya bilməsi üçün lazım olan iqtisadi və maddi-texniki bazanın formalaşdırılmasına xüsusi diqqət yetirmişdir.Ümummilli lider qısa müddətdə respublika iqtisadiyyatında ciddi keyfiyyət dəyişikliklərinə nail olmaqla, Azərbaycanı xammal istehsalçısından qabaqcıl, müasir texnika və texnologiya ilə təchiz olunmuş sənaye bazasına çevirə bildi.
Ulu öndər Heydər Əlievin ölkəmizə başçılıq etdiyi 1969-1982-ci illərdə yüzlərlə zavod, fabrik, istehsalat sahələri yaradılmış, 213 iri sənaye müəssisəsi işə salınmışdır. Bununla da bir çox mühüm istehsal sahələrinə görə Azərbaycan keçmiş Sovet İttifaqında aparıcı yerlərdən birini tutmuşdur. Respublikamızda istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu. Bu illərdə istehsal olunan sənaye məhsulları öz həcminə görə əvvəlki 50 ilin iqtisadi inkişafına bərabər idi.
Dahi rəhbərin ölkəmizə başçılıq etdiyi həmin dövrlərdə nəhəng iqtisadi layihələr gerçəkləşdirilərək inkişaf edən bütün sahələrdə özünə kök saldı. Azərbaycanın etibarını daha da möhkəmlətmiş və təbii ki, bu da Heydər Əliyev siyasətinin müdrikliyinə böyük əsaslar gətirmişdir. 1969-1982-ci illərdən ibarət uğurlu zaman kəsiyində ölkə iqtisadiyyatının mühüm aparıcı və böyük potensiala malik sahəsi olan sənayedə də, digər sahələrdə olduğu kimi yüksək nailiyyətlər əldə edilmişdir. Bu dövrdə sənaye məhsulları istehsalının real həcmi 2,7 dəfə artmışdır. Respublikanın sənayesi keçmiş İttifaqın bütün respublikaları arasında orta illik 7,9 faizlik artım göstəricisi ilə daha yüksək sürətlə inkişaf edirdi.
Hazırkı dövrdə də Prezident cənab İlham Əliyev tərəfindən çox zəruri və mühüm amil kimi önəm verilən insan amilinə qayğı da məhz 1969-1982-ci illərdən öz başlanğıcını götürmüşdür. Hər bir azərbaycanlının təhsil alması, sağlam olması, elmi səviyyəsinin, mədəni yüksəlişinin, intellektual qabiliyyətinin inkişafı, xalq, millət, dövlət üçün yararlılıq keyfiyyətlərinin daim diqqətdə saxlanılması, milli ruhun üstün tutularaq milli maraqlara xidmət olunması Heydər Əliyev siyasətinin ən vacib tərkib hissələrindəndir. Bu baxımdan da həmin illərdə tikilən 483,4 min şagird yerlik ümumtəhsil məktəbləri, 68,1 min yerlik məktəbəqədər uşaq müəssisələri, 13,5 min çarpayılıq xəstəxana, növbədə 13,7 min nəfər qəbul edən ambulatoriya-poliklinika müəssisələri iqtisadi potensialın ən yüksək zirvəsini təmin edirdi. 1982-ci ildə istifadəyə verilmiş xəstəxana çarpayılarının sayı 1969-cu illə müqayisədə 42,2 faiz, məktəbəqədər uşaq müəssisələrində yerlərin sayı isə 16,1 faiz artmışdır. Bütün bunlar Heydər Əliyev siyasətinin, uzaqgörənliyinin xalqla, dövlətlə qırılmaz tellərlə bağlılığını bir daha təsdiq edirdi.
Dahi rəhbərimizin uğurlu iqtisadi siyasətinin əsaslarından biri kimi istinad etdiyimiz insan potensialının inkişafı, təkmilləşdirilməsi və səmərəli istifadəsi meyarlarının hazırlanmasından ibarət olan siyasət hər addımda özünün uğurlu nəticələrini göstərməkdə idi. Kadr potensialının gücləndirilməsi ilə müşayiət olunan bu proses 1969-1982-ci illərdə də diqqət mərkəzində saxlanılan ən zəruri məsələ, amil idi. Həmin illərdə iqtisadiyyatın sürətli və hərtərəfli inkişafına uyğun olaraq respublikanın ali və orta ixtisas təhsili sistemi xeyli gücləndirilmişdir. Keçmiş SSRİ-nin 170 qabaqcıl ali məktəbinə 3500 azərbaycanlı gənc göndərilirdi. Bu proses çox uğurlu istiqamətdə davam edərək, hər il təhsil almaq üçün Azərbaycandan kənara 800 tələbənin yola salınması təmin edilirdi.
Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi siyasətin xalqımıza və bəxş etdiyi töhfələr illər üçün deyil, əsr üçün davam etməkdədir. Müasir dövrdə yeni iqtisadi siyasətin yüksələn dinamika ilə müəyyənləşdirilməsi 1994-cü ilin “Əsrin müqavilə”sindən başlanmaqla, 1995-ci ilin iqtisadi islahatları ilə davam etməklə, 2009-2013-cü illəri əhatə edən “Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nı əhatə edərək, 2013-cü ildən Sənaye parkları haqqında nümunəvi əsasnamənin təsdiq edilməsilə və bütün bu kimi uğurların müşayiəti ilə 2016-cı ildə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”nin təsdiq edilməsinə qədər hər bir iqtisadi uğuru özündə birləşdirmişdir.
Bu gün Azərbaycanın Ulu Öndərin rəhbərliyi altında tarixi qələbəsi, ölkəmizdəki tarixi izi, məhz 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın həm hərbi, həm də diplomatik sahədə qazandığı şanlı qələbənin bünövrəsi Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti əsasında formalaşdığı, onun yürütdüyü siyasətin davamçısı olan Cənab Ali Baş Komandan İlham Əliyev öz qətiyyətli addımları ilə Azərbaycan xalqını Qarabağa qovuşduraraq ata vəsiyyətini də yerinə yetirrmişdir.
Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, möhkəm iradəsi və uzaqgörənliyi sayəsində vətəndaş müharibəsi dayandırıldı, Milli Ordumuzun döyüş qüdrətinin artırılması nəticəsində torpaqlarımızın işğalına son qoyuldu və atəşkəs əldə olundu.


Aynur Xəlilova - politoloq












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.