Gəncədə kanalizasiya borularını oğurlamaqda şübhəli bilinən şəsxlər saxlanılıb

26-04-2023, 10:59           
Gəncədə kanalizasiya borularını oğurlamaqda şübhəli bilinən şəsxlər saxlanılıb
Daxili İşlər Nazirliyininin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinə 2 müxtəlif ünvandan su Gəncə Sukanal TSC-yə məxsus boruların naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının əməkdaşlarının ayrı-ayrılıqda keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Ruslan Lepexov və Aqşin Məmmədov saxlanılıb. Hər iki şəxs ifadəsində binaların zirzəmisində olan dəmir boruları oğurlayaraq metal qəbuletmə məntəqələrinə satdıqlarını etiraf ediblər. Faktla bağlı araşdırmalar davam etdirilir.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru