Bakcell stendinə azarkeş axını!

28-04-2023, 22:15           
Bakcell stendinə azarkeş axını!
Bakıda Bakcell şirkətinin dəstəyi ilə Formula 1 Azərbaycan Qran Prisi başlayıb. “Formula 1” və “Formula 2” üzrə sərbəst yürüşlərin və sıralama turlarının keçirildiyi ilk yarış günü idman həvəskarları Dənizkənarı Bulvar ərazisində qurulmuş Bakcell zonasında maraqlı vaxt keçiriblər.

Azneft dairəsində yerləşən Bakcell tribunası və tribunanın ətrafında yerləşən Bakcell əyləncə zonası qonaqların böyük marağına səbəb olub, bu nüfuzlu idman yarışının ən populyar və ziyarət olunan guşəsinə çevrilib.

Azarkeşlər “Bakcell”in ultra-sürətli şəbəkəsini sınaqdan keçirib, eyni zamanda oyun zonasında təşkil olunmuş yarışlarda iştirak edərək şirkətdən hədiyyələr qazanıblar.

Qeyd edək ki, “Formula-1” üzrə Azərbaycan Qran Prisi aprel ayının 30-na kimi davam edəcək. Texnologiya ilə əyləncəni bir araya gətirən Bakcell stendi bu günlər ərzində yarış həvəskarlarına xidmət göstərəcək.


















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru