“Nar”dan bölgələr üçün sərfəli tarif: “Yerlim+”

28-04-2023, 22:23           
“Nar”dan  bölgələr üçün sərfəli tarif: “Yerlim+”
“Nar” bölgələrdə daha rahat və sərfəli ünsiyyət üçün yeni “Yerlim+” tarifini təqdim edib. İndi cəmi 4
AZN ödəməklə abunəçilər 100 ölkədaxili danışıq dəqiqəsi, 300 MB internet və WhatsApp-da pulsuz
yazışma əldə edəcək. Tarifi aktivləşdirmək üçün “Nar”ın bölgələrdə olan satış və xidmət mərkəzlərinə
yaxınlaşaraq yeni nömrə almaq lazımdır.
Yerlim+ tarifinin təqdim etdiyi danışıq dəqiqələrini olduğunuz bölgədən ölkədaxili bütün istiqamətlərdə
istifadə edə bilərsiniz. Yerlim+ tarifi ilə bağlı daha ətraflı məlumatı buradan əldə etmək mümkündür.
“Nar” müştəriyönümlülük siyasətinə sadiq qalaraq, abunəçilərinin rahat ünsiyyəti üçün müxtəlif
ehtiyaclara uyğun fərqli tariflər təqdim edir.
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar”
son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator
müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim
edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru