Tolerantlıq məkanı Azərbaycan - İsrafil Kərimovin yazısı

2-05-2023, 12:17           
Tolerantlıq məkanı Azərbaycan -
Tolerantlıq Azərbaycan cəmiyyətinə də əsrlər boyu xas olan böyük
sərvətdir. Ümummilli lider Heydər Əliyevin “Azərbaycan xalqı özlüyündə,
təbiətinə görə, öz xarakterinə görə yüksək tolerantlıq hissinə malikdir.
Azərbaycan əhalisinin çox hissəsinin etiqad etdiyi müsəlman dinində, onun
kökündə də tolerantlıq var” sözləri bu baxımdan xalqımızın ən yaxşı
xarakteristikasıdır. Azərbaycan müxtəlif xalqların və dinlərin nadir məkanı,
nadir birliyidir. Bu birliyin tarixində etnik və ya dini zəmində toqquşmalar və
diskriminasiyalar olmayıb. Bu gün ölkəmizdə yaşayan xalqlar öz milli
mədəniyyətlərini, dillərini inkişaf etdirmək imkanlarına malikdirlər.
Ölkəmizdə məscidlərlə yanaşı, kilsələr və sinaqoqlar da fəaliyyət göstərir.
Bütün bunların bünövrsində isə əsası Ulu Öndər Heydər Əliyev
tərəfindən qoyulan ölkəmizdəki toletantlıq siyasətidir. 1997-ci il iyulun 23-də
islam dininin banisi Həzrəti Məhəmməd Əleyhissəlamın müqəddəs mövlud
günündə Bakının Bibiheybət qəsəbəsində Bibiheybət məscidinin bərpasına
başlanması mərasimində çıxışı zamanı Ulu Öndər Heydər Əliyev demişdir:
“Azərbaycanın müstəqil yaşaması, Azərbaycanın milli azadlığı, xalqımızın
öz taleyinin sahibi olması, özünün milli-mənəvi, dini dəyərlərinə sahib
olması tarixi bir hadisədir.” Ulu Öndərin tapşırıqlarına əsasən 1998-ci ildə
Bibiyeybətdə yeni binanın bərpa edilməsi işi başlandı və 1999-cu ilin may
ayında yeni məscidin təntənəli açılış mərasimi keçirildi. Daha sonra isə Ulu
Öndərin siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin tapşırığına
uyğun olaraq bu müqəddəs ziyarətgahın rekonstruksiyası edildi və 2008-ci
il iyul ayının 14-də ölkə başçısı cənab İlham Əliyevin iştirakı ilə açılış
mərasimi oldu.
Ölkədəki müdəsəs yerləri, məscid və digər ibadət yerlərini tez-tez
ziyarət edən Ulu Öndər Heydər Əliyev 1998-ci il aprelin 8-də Qurban
bayramı münasibətilə Mirmövsüm ağanın ziyarətgahında keçirilən görüşdə
bildirmişdir ki, “Bizim ənənələrimiz, mənəvi, milli, dini dəyərlərimiz ölməzdir
və bundan sonra da yaşayacaqdır.” Həmçinin 1998-ci il sentyabrın 30-da
Qafqaz Müsəlmanları Qurultayında öz çıxışında demişdir: “Bizim xalqımız
həmişə dostluğu, qardaşlığı, mehribanlığı möhkəmləndirməyə cəhd
göstərmiş, insanların dini mənsubiyyətindən asılı olmayaraq, onların
arasında sülh və əmin-amanlıq, mehribanlıq əlaqələrinin olmasına
çalışmışdır.”
Cəmiyyətimizdə əsrlər boyu mövcud olan tolerantlıq, müxtəlif
xalqların və konfessiyaların nümayəndələrinə hörmətlə yanaşılması,
cəmiyyətin multikultural xarakteri Azərbaycanın dövləti siyasətinin prioritet
istiqamətləri kimi qəbul edilib. Hər il ölkəmizdə rəsmi şəkildə qeyd olunan
dini bayramlar milli-mənəvi dəyərlərin, sosial yardımlaşmanın və xeyirxahlıq
duyğularının təntənəsinə çevrilir, cəmiyyətimizin birlik və bərabərliyini daha
da gücləndirir.
Milli-mənəvi dəyərlərimizin hamisi kimi Ulu Öndərin bu siyasəti, İslam
irsinə diqqət və qayğısı hazırda Prezident İlham Əliyev və Birinci Vitse-
prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva
tərəfindən uğurla davam etdirilir. Ölkə rəhbərliyinin qayğısı və Heydər
Əliyev Fondunun dəstəyi ilə paytaxtda və bölgələrdə dini ziyarətgahlar,
ibadət yerləri təmir-bərpa olunur.
İslam dünyasının ən müqəddəs bayramlarından olan Qurban bayramı
bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Azərbaycan
müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27
oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında"
Qanununa əsasən, Qurban bayramı ölkəmizdə də dövlət səviyyəsində
qeyd edilirAzərbaycan müstəqilliyə qovuşduqdan sonra xalqın dininə, milli
ənənələrinə, milli və dini bayramlarına hörmət və diqqət yetirilməyə
başlandı. Qurban bayramı da hər il rəsmi olaraq keçirilir.
Müxtəlif dini konfessiyaların nümayəndələri də müxtəlid dini bayram
günlərində vahid Azərbaycan xalqının birlik və qardaşlığını nümayiş etdirir,
müəlmanları təbrik edirlər. Bu Azərbaycan xalqının mənəvi birliyinin
ifadəsidir.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.