Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi

2-05-2023, 16:06           
Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi
“Azərbaycan vətəndaşları, Azərbaycan xalqı deyəndə, biz Azərbaycanda yaşayan bütün millətlərin birliyini dərk edirik.”
Ümummilli Lider Heydər Əliyev

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev bizə azərbaycançılıq məfkurəsini bəxş etmişdir. Azərbaycançılıq bir tərəfdən Azərbaycan dilinin, mədəniyyətinin, milli-mənəvi dəyərlərinin yaşadılması və inkişaf etdirilməsinə şərait yaradır, digər tərəfdən də gənc nəsli qlobal dünyanın təbliğ etdiyi müxtəlif ideologiyaların təsiri altına düşməkdən qoruyur. Azərbaycançılıq məfkurəsi milli rəngarəngliyi və müxtəlifliyi, milliyyətindən asılı olmayaraq bütün insanların qanun qarşısında bərabərliyini, gendaşlığı, dindaşlıgı və vətəndaşlığı təbliğ etdiyindən ölkə ərazisində yaşayan müxtəlif xalqlann nümayəndələrinin mənafeyinə uyğun gəlir, çünki azərbaycançılıq ölkədə yaşayan bütün etnik qrupların və millətlərin ümumdövlət mənafeləri və dəyərləri əsasında birləşdirilməsi, onların hüquq bərabərliyinin təmin edilməsidir. Ölkədə yaşayan bütün etnik qrupları və millətləri ümumdövlət mənafeləri və dəyərləri əsasında real surətdə birləşdirmək ideyasının verballaşdırılması kimi, 1992-1993-cü illərdə xüsusilə geniş yayılan şovinist və separatçılıq əhval-ruhiyyəsinə qarşı mübarizə ideyası kimi meydana gəlmişdir. Yeni anlayış ictimaiyyət tərəfindən kifayət qədər tez dəstəklənmiş, təzə, məzmunlu elementlərlə dolğunlaşmışdır.
Azərbaycançılıq ideyasını ilk dəfə yaradıcılığının ana xəttinə çevirməkdən çəkinməyən Cəlil Məmmədquluzadənin özü də əsərlərində İslam və Şərq siyasi mənliyinin ideoloqu kimi çıxış edirdi. Azərbaycanın böyük tarixi şəxsiyyətlərinin hər biri azərbaycançılığı bir ideya olaraq görürdü. Heydər Əliyevin isə onlardan böyük fərqi ondan ibarət oldu ki, o azərbaycançılığı dövlət ideologiyasına çevirdi. O deyirdi: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir”
Heydər Əliyevin milli ideologiyamızın konsepsiyasına dair nəzəri fikirlərində ilk öncə dövlətçilik anlayışına, daha sonra milli-mənəvi dəyərlərə və milli ideologiyamızın başqa bir komponenti ümumbəşəri dəyərlərə, nəhayət sonda, milli ideologiyamızın özəyini əsasını təşkil edən azərbaycançılıq anlayışına xüsusi yer vermişdir.
Ulu öndərin apardığı məqsədyönlü dil siyasəti milli dövlət quruculuğu siyasəti ilə, azərbaycançılıq konsepsiyası ilə sıx bağlıdır və onun üzvi tərkib hissəsidir. Onu da qeyd etmək lazımdır ki, Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış və 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının əsas qanununa - Konstitutiyasına "Dövlət dili" adlanan ayrıca maddə daxil edildi.
Müstəqillik illərində Ulu Öndər Heydər Əliyevin apardığı məqsədyönlü və gələcəyə yönələn dövlət quruculuğu məsələlərində dil siyasəti həmişə aparıcı olmuşdur. Ana dilini ürəkdən sevən, bu dildə danışmağı ilə fəxr edən Ümummilli Lidr bənzərsiz nitqlərində, dərin məzmunlu çıxışlarında dilimizin rəngarəng ifadə vasitələrindən, xalq dilindən gəlmə deyimlərdən uğurla istifadə etmiş, özünəməxsus jest və mimikaları ilə nitqinin auditoriayaya, bütövlükdə xalqa təsir gücünün artmasına nail olmuşdur. Ulu Öndər ana dili ilə bağlı çoxsaylı fikirlərində dilin azərbaycançılıqda birbaşa bağlılığı məsələsini də önə çəkmiş, xüsusi olaraq vurğulamışdır: "Millətin milliliyini saxlayan onun ana dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dil olmasa, Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz. Bunların hamısı bir-birinə bağlıdır. Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi də bizim ən böyük nailiyyətlərimizdən biridir. Bu, təkcə dil məsələsi deyil, bu həm də azərbaycançılıq məsələsidir".

Aynur Xəlilova - politoloq












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.