Balakəndə narkotik vasitələrin zərərləri ilə bağlı tədbir keçirilib

11-05-2023, 22:59           
Balakəndə narkotik vasitələrin zərərləri ilə bağlı tədbir keçirilib
Balakən Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Hənifə kənd orta məktəbində "Narkotikə yox deyək, sağlam vərdişlər sağlam gələcəyin əsasıdır" mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə çıxış edən rayon polis şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Elxan Zamanov xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya bəlasının insan həyatında sağalmaz fəsadlar yaratdığını bildirib, “ağ ölüm”lə mübarizənin sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdən biri olduğunu diqqətə çatdırıb.
Daha sonra mövzu ilə əlaqəli şagirdləri maraqlandıran suallar cavablandırılıb və onların fikirləri dinlənilib.















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.