Ağsuda evlərdən oğurluq edən keçmiş məhkum saxlanılıb

15-05-2023, 18:46           
Ağsuda evlərdən oğurluq edən keçmiş məhkum saxlanılıb
Ağsu şəhəri ərazisində yerləşən 2 evdən oğurluq edilməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub. Evlərə daxil olan naməlum şəxs həmin ünvanlardan elektrik kabeli, televizor və digər məişət əşyalarını oğurlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayəti törətməkdə şübhəli bilinən Ağsu şəhər sakini, əvvəllər də dəfələrlə oğurluğa görə məhkum olunmuş Teymur Rəhimov saxlanılıb. O, ifadəsində oğurladıqlarının bir hissəsini satdığını, digərlərini isə gizlətdiyini bildirib. Davam etdirilən tədbirlərlə onun ələ keçirdiyi əşyalar gizlətdiyi və satdığı yerlərdən maddi sübut kimi götürülərək istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin də qərarı ilə T.Rəhimov barəsində həbs qətimkan tədbiri seçilib.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru