Azərbaycanın növbəti diplomatik uğuru - İsrafil Kərimovun yazısı

16-05-2023, 10:00           
Azərbaycanın növbəti diplomatik uğuru -
May ayının 14-də Avropa İttifaqı Şurasının Prezidentinin təşkilatçılığı
ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və
Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Brüssel formatında
sayca beşinci görüş Azərbaycan üçün müsbət məqamlarla yadda qaldı. Bu
görüş iki ölkə arasında normallaşma gündəliyinin irəlilədilməsi baxımından
faydalı və nəticə yönümlü hesab edilir.
İlk əvvəl Ermənistan Azərbaycanın ərazi bütövlüyünü bu dəfə Avropa
İttifaqı platformasında etiraf etdi. Üçtərəfli görüşdə Azərbaycan tərəfinin
regionda sülh və sabitliyin təmin edilməsi ilə bağlı prinsipial mövqeyi bir
daha digər tərəfin diqqətinə çatdırıldı. Xüsusilə dövlətlərin ərazi
bütövlüyünə hörmətin bir daha təsbit edilməsi, bu kontekstdə Azərbaycanın
beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün Ermənistan tərəfindən
də qəbul edilməsi müstəsna əhəmiyyət daşıyır.
Mayın 14-də Azərbaycan və Ermənistan arasında aparılan sülh
danışıqlarına dair Brüssel formatı bərpa olundu. Məlumdur ki, Fransanın
müdaxiləsi nəticəsində Praqa görüşündən sonra bəzi suallar ortaya çıxırdı.
Ermənistan Parisin də prosesə qoşulmasına can atırdı. Amma Azərbaycan
qəti şəkildə buna imkan vermədi, Paşinyan əvvəlki üçtərəfli formata
qayıtmalı oldu.
Görüş zamanı Ermənistan Azərbaycanın ən azı 86,6 min kvadrat
kilometr ərazisini tanımaqla Qarabağın Azərbaycan ərazisi olduğunu
rəsmən və açıq şəkildə tanıyır. Bu dəfəki görüşün ən vacib tərəflərindən biri
Mişelin bəyanatının mətnində Laçın yolu ilə bağlı qeydin olmamasıdır. Bu,
bir daha 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi Böyük
Qələbənin yaratdığl yeni reallıqların beynəlxalq ictimaiyyət tərəfindən qəbul
edildiyini təsdiqləyir. Həmçinin, 5-ci Brüssel görüşündə Zəngəzur dəhlizinin
dəmir yolu hissəsinin açılması ilə bağlı irəliləyiş də nəzərə çarpır.
Danışıqlar zamanı Bakı Azərbaycan ərazilərinin minalanması və Birinci
Qarabağ müharibəsi zamanı itkin düşmüş azərbaycanlıların taleyinə
aydınlıq gətirilməsi mövzusunu fəal şəkildə qaldırdı. Bu məsələ ilə bağlı
dialoq davam etdiriləcəkdir.
Ümumilikdə növbəti Brüssel görüşünü uğurlu hesab etmək olar.
Azərbaycan bu dəfə də danışıqlar masasında üstünlüyünü qorumuş oldu.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.