Bakcell Zəngilanın Ağalı kəndində mağaza açdı

24-05-2023, 16:37           
Bakcell Zəngilanın Ağalı kəndində mağaza açdı
19 may 2023-cü il tarixində Zəngilan rayonunun Ağalı kəndində yeni Bakcell mağazası fəaliyyətə
başladı.
Yeni Bakcell mağazasında Ağalı sakinlərinə şirkətin məhsul və xidmətlərinin geniş çeşidi, həmçinin mobil
nömrələr və aksesuarlar təklif edilir. Mağazanın açılışında Bakcell şirkəti və yerli qurumların
nümayəndələri ilə yanaşı Ağalı kəndinin sakinləri də iştirak edib.

Açılış mərasimi xüsusi olaraq uşaqlar üçün hazırlanmış əyləncə proqramı ilə yadda qalıb. Ağıllı kəndin
gənc sakinləri üçün xoş sürpriz kimi tədbirdə müxtəlif oyunlar və şən yarışlar keçirilib, uşaqlara maraqlı
hədiyyələr təqdim edilib.

“NEQSOL Holding”in tərkibinə daxil olan Bakcell şirkəti hazırda “Bakcell ilə ən sürətli ol” şüarı ilə
genişmiqyaslı kampaniya həyata keçirir.



















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru