Mingəçevirdə narkomaniya ilə bağlı maarifləndirmə tədbiri keçirilib

24-05-2023, 18:18           
Mingəçevirdə narkomaniya ilə bağlı maarifləndirmə tədbiri keçirilib
Narkotik vasitələrin zərərləri barədə yeniyetmə və gəncləri məlumatlandırmaq, onlar arasında sağlam həyat tərzini təbliğ etmək məqsədilə Mingəçevir Şəhər Polis Şöbəsinin təşkilatçılığı ilə 11 saylı orta məktəbdə maarifləndirmə tədbiri keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəhər polis şöbəsinin rəisi, polis polkovniki Ədalət Əliyev tədbirdə çıxış edərək cəmiyyət üçün təhlükə mənbəyi olan narkomaniyanın fəsadlarından, bu bəlaya qarşı ölkəmizdə aparılan mübarizədən, qəbul olunan dövlət proqramlarından danışıb, eləcə “ağ ölüm”ün zərərləri ilə bağlı təhsil müəssisələrində keçirilən genişmiqyaslı maarifləndirici tədbirlərin əhəmiyyətini vurğulayıb.
Daha sonra mövzu ətrafında şagirdlərin sualları cavablandırılıb və narkomaniyanın fəsadlarını əks etdirən videoçarx nümayiş olunub.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru