Qusarda məktəblilərlə görüş keçirilib

25-05-2023, 09:55           
Qusarda məktəblilərlə görüş keçirilib
Qusar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Bədirqala kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək” və "Erkən nikahın fəsadları" mövzularında maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə çıxış edən RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Hidayət Babayev müasir dövrdə narkomaniyanın insanlıq əleyhinə böyük bəlaya çevrildiyini qeyd edərək onun fəsadlarından, ağır nəticələrindən danışıb, səbəb olduğu faciələrdən real faktlara istinad edib. Qeyd olunub ki, “ağ ölüm”lə mübarizədə ümumilikdə cəmiyyət barışmaz mövqe tutmalı, xüsusən gənclərimizə onun zərərləri barədə daha çox məlumat verilməlidir ki, fəsadları barədə məlumatlı olsunlar.

Həmçinin, çıxış edən RPŞ-nin azyaşlılar üzrə baş inspektoru, polis mayoru Səlahəddin Əmrullayev dinləyicilərə erkən nikahın fəsadları barədə ətraflı məlumat verib.

Sonda şagirdləri maraqlandıran suallar polis əməkdaşları tərəfindən cavablandırılıb.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru