Azərbaycan gəncləri Heydər Əliyevin ölməz ideyalarına sadiqdirlər

24-08-2023, 15:37           
Azərbaycan gəncləri Heydər Əliyevin ölməz ideyalarına sadiqdirlər
Hər bir dövlətin gələcəyi onun yetişdirdiyi yüksək təfəkkürlü, sağlam düşüncəli gənclərdən asılıdır. Yüksək dünyagörüşü, dərin bilik və bacarıqlara malik, Vətəninə, torpağına böyük sevgi ilə bağlı gənclərin formalaşması qüdrətli Azərbaycan deməkdir. Bu gün gəncliyimiz ictimai, sosial həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir. Gənclərimizə vətənpərvərlik ruhununaşılanması, dərin köklərimizə bağlı əsl vətəndaş kimi formalaşması zamana sığmayan dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti dövlət siyasətinin ayrılmaz hissəsindən biri olaraq, bu gün Müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
1993-cü il iyunun 15-də məhz Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə yenidən qayıtmasıyla ölkəni xaos və anarxiyanın caynağından xilas etməsi hər birimizə yaxşı bəllidir. Ulu Öndər o qədər işlərin, gərgin fəaliyyətin arasında vaxt tapıb Azərbaycanın gələcəyi olan gənclərlə maraqlanır, onların sabaha tam layiqli vətəndaş kimi yetişməsi üçün əlindən əsirgəmirdi.
1996-ci il fevralın 2-də Ulu Öndər Heydər Əliyev Azərbaycanda gənclərlə bağlı yeni bir dövrün əsasını qoydu. Məhz həmin gün baş tutan Azərbaycan Gənclərinin I Forumu da bunun əyani göstəricisi idi. Daha sonrakı dönəmlərdə də ölkə rəhbərliyi tərəfindən Azərbaycan gəncliyinə olan diqqət və qayğı əsla və əsla azalmadı tam tərsi artan xətt üzrə davam etdi.
Ümummilli lider Heydər Əliyevin siyasi məktəbinin layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab Prezidentİlham Əliyevin gənclərimizə olan böyük güvən və ehtimad hissi Azərbaycan gəncliyinin yeni sabahlara daha aydın şəkildə baxmasına imkan yaradır. “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram” deyən cənab Prezident İlham Əliyevin gənclərin sosial problemlərinin həll olunması yönündə atdığı uğurlu addımlar bir daha bu ideyalara bağlılığını sübut edir.
Respublikada həyata keçirilən uğurlu gənclər siyasəti gənc nəslin ictimai, siyasi proseslərdəki rolunun artmasına, dövlətin aparıcı qüvvəsinə çevrilməsinə, yenilikçi gənclərin yaranmasına səbəb oldu.
44 günlük Vətən müharibəsində də gənclərimiz böyük qəhrəmanlıq və şücaətləri ilə seçildilər. Gənclərimiz xalqımızın otuz illik həsrətinə son qoyaraq tarixi Azərbaycan torpaqlarını işğaldan azad etdi. Xüsusilə gənclərin böyük rəşadəti sayəsində qazanılan bu möhtəşəm Qələbə ölkəmizin ərazi bütövlüyünü təmin etdi. Adı müasir müstəqil Azərbaycan tarixinə qızıl hərflərlə həkk olan Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev bu xüsusda demişdir ki, “Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur. Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər.”
Biz gənclər Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq, müasirlik, müstəqillik, demokratiya ideyalarını reallaşdıran Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yürütdüyü uğurlu siyasəti hər zaman dəstəkləyir, Azərbaycanı gələcəyə aparan yeganə qüvvə olduğuna inanırıq!

İlqar Əlıiyev – YAP Gənclər birliyinin üzvü












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.