Şəmkirdə narkotik satan və alan şəxslər saxlanılıb

25-09-2023, 12:57           
Şəmkirdə narkotik satan və alan şəxslər saxlanılıb
Şəmkir Rayon Polis Şöbəsinin Zəyəm Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Samir Məmmədov saxlanılıb. Üzərindən “marixuana” aşkarlanan şəxs dindirilmə zamanı narkotik maddəni Elpərəst adı ilə tanıdığı həmyerlisindən aldığını bildirib.
Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Samir Məmmədova narkotik vasitəni 30 manata satmaqda şübhəli bilinən Şəmkir rayon sakini Elpərəst Mansurov da saxlanılıb. Üzərindən “marixuana” aşkar edilən E. Mansurov ifadəsində həm özünə həm də S. Məmmədova narkotik vasitəni Orxan adlı şəxsdən aldığını bildirib. Rayon sakini Orxan Alıyev saxlanılaraq Polis Bölməsinə gətirilən zaman üzərindən və avtomobilindən marixuana aşkarlanaraq götürülüb.
Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri digər bir tədbir nəticəsində isə saxlanılan rayon sakini Orxan Ələddinlinin üzərindən və yaşadığı evdən qurudulmuş marixuana aşkar olunaraq götürlüb.
Faktlarla bağlı Polis Şöbəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru