Zaqatalada dövlət qeydiyyat nişanı olmadan avtomobil idarə edən sürücülər barəsində tədbir görülüb

7-10-2023, 00:07           
Zaqatalada dövlət qeydiyyat nişanı olmadan avtomobil idarə edən sürücülər barəsində tədbir görülüb
Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən dövlət qeydiyyat nişanı üzərində olmadan avtomobil idarə edən sürücülərə qarşı nəzarət-protfilaktik tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəhərin müxtəlif küçə və prospektlərində bu istiqamətdə keçirilən tədbirlər zamanı qeyd olunan qayda pozuntusuna yol verən sürücülər aşkar edilib, yol polisi əməkdaşları tərəfindən onlara qanunvericiliyin tələbləri izah olunub. Törətdikləri qayda pozuntularından yayınmaq məqsədilə dövlət qeydiyyat nişanını çıxarıb avtomobil idarə edən həmin sürücülər barəsində inzibati tənbeh tədbirləri görülüb.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru