Hacıqabulda maarifləndirmə tədbiri keçirilib

10-10-2023, 18:49           
Hacıqabulda maarifləndirmə tədbiri keçirilib
Hacıqabul Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə 10 saylı tam orta məktəbdə yuxarı sinif şagirdlərinin iştirakı ilə “Narkomaniyaya və erkən nikaha yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib.
Görüşdə çıxış edən RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Anar Xəlilov, eləcə də digər iştirakçılar narkotiklərin qanunsuz dövriyyəsinin cəmiyyətə və insanların sağlamlığına vurduğu zərərlərdən danışıblar. Bildirilib ki, bu maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində hüquq-mühafizə orqanları tərəfindən qabaqlayıcı tədbirlər görülüb, cinayət əməli ilə məşğul olan hər bir şəxs saxlanılaraq məsuliyyətə cəlb olunur.
Erkən nikaha fəsadları mövzusunda da çıxışlar edən iştirakçılar məktəblilərə dəyərli tövsiyələr veriblər.
Tədbirdə şagirdlərə narkotiklərin zərərlərindən bəhs edən film nümayiş etdirilib və onları maraqlandıran suallar cavablandırılıb.
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.