Şirvan ŞPŞ DYP-si reyd keçirdib FOTO

14-10-2023, 11:14           
Şirvan ŞPŞ DYP-si reyd keçirdib FOTO
Şirvan Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən atmosferin nəqliyyatdan atılan zərərli qazlarla çirkləndirilməsinin qarşısının alınması məqsədilə nəzarət-profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, DYPB-nin və Şirvan Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin əməkdaşlarının iştirakı ilə keçirilən tədbirlər zamanı avtomobillərdən çıxan qazların tərkibində olan zərərli maddələrin miqdarı xüsusi avadanlıqlarla yoxlanılıb. Normadan artıq zəhərli qaz ixrac edən və atmosferi həddindən artıq çirkləndirən avtomobillərin sürücüləri ilə profilaktik söhbətlər aparılıb və onlara avtomobillərini saz vəziyyətdə saxlamaları barədə tövsiyələr verilib.
Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdiriləcək.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru