Bakı şəhərində Britaniya layihəsinin tətbiqi uğurla davam edir - FOTO

29-05-2024, 16:27           
Bakı şəhərində Britaniya layihəsinin tətbiqi uğurla davam edir - FOTO
Bakı şəhərində Britaniya layihəsinin tətbiqi uğurla davam edir
Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən
Böyük Britaniyanın Mott MacDonald şirkəti ilə birgə hazırlanmış bərk
məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir
səviyyədə təşkil edilməsi ilə bağlı layihənin icrası artıq beşinci ildir ki, uğurla
həyata keçirilir.
Bu barədə BŞİH Mətbuat Xidmətindən xəbər verilib.
İlkin olaraq pilot layihə kimi Nərimanov rayonunda başlanan
layihənin yüksək səviyyədə icrası nəticəsində xeyli irəliləyişlər əldə
olunduğundan onun davamı olaraq mərhələli şəkildə daha 7 paytaxt rayonu
– Nizami, Nəsimi, Səbail, Suraxanı, Xətai, Yasamal və Pirallahı rayonları
da bura qoşulub.
İşlərin gedişatının monitorinqi məqsədi ilə mütəmadi olaraq ayrıca hər
bir rayon üzrə toplanan çeşidlənmiş tullantıların tərkibi və çəkisi araşdırılır,
nəticələr əvvəlki müddətlə müqayisə edilir. Yerli və Britaniyalı
mütəxəssislərin mütəmadi olaraq birgə apardıqları monitorinqlərin nəticələri
layihənin uğurla həyata keçirilməsini göstərir.
Görülən tədbirlərin və təbliğat işlərinin nəticəsi kimi bu layihənin
icrasına üç il əvvəl başlanılan Yasamal rayonunda əldə edilən nəticələri
uğur saymaq olar. Belə ki, əgər layihənin tətbiqinin ilk aylarında
çeşidlənmiş tullantının həcmi bir gündə 6-8 ton, sonradan isə tədricən 11-
14 ton olmuşdusa, hazırda bu rəqəm gündəlik təqribən 22 ton təşkil edir.
Bu da ilk növbədə, əldə edilən təcrübə, həmçinin könüllülərin, kommunal
xidmət əməkdaşlarının sakinlər arasında apardığı düzgün maarifləndirmə
işlərinin nəticəsidir. Eyni zamanda Yasamal rayon sakinləri də ilk gündən
bu layihənin tətbiqində yaxından iştirak edirlər.
Qeyd edilməlidir ki, ətraf mühitin çirklənmədən qorunması çox mühüm
əhəmiyyət kəsb edən bu layihənin uğurla həyata keçirilməsi və paytaxt
sakinlərinə göstərilən xidmətlərin səviyyəsinin daha da artırılması məqsədi
ilə ölkə başçısının ayırdığı maliyyə vəsaiti hesabına Bakı şəhər kommunal
təsərrüfatı xidmətləri üçün 104 ədəd kommunal təyinatlı müasir
avtonəqliyyat vasitələri və mexanizmlər alınıb. Yeni texnikaların tətbiqi
əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsini yüksəldərək kommunal
xidmətlərin mövcud avtoparkının yenilənməsinə böyük kömək olmuşdur.
Qeyd edilən layihənin uğurla həyata keçirilməsi şəhərimizin təmiz
saxlanılmasına, gözəlləşməsinə, ətraf mühitin və sağlamlığımızın
qorunmasına, yeni ekoloji, sanitar mədəniyyətin formalaşmasına və
iqtisadi səmərə əldə olunmasına xidmət edəcəkdir.

















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.