Xocalıda aparılan quruculuq işləri böyük sürətlə davam edir - İsrafil Kəimovun yazısı

30-05-2024, 11:16           
Xocalıda aparılan quruculuq işləri böyük sürətlə davam edir - İsrafil Kəimovun yazısı
Xocalıda aparılan quruculuq işləri böyük sürətlə davam edir
Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində döyüş
meydanında qazandığı Şanlı Qələbə və bir il əvvəl həyata keçirilən Lokal
Antiterror tədbirləri nəticəsində 30 ildən çox işğal altında olan torpaqlarımız
azad edildi, Xankəndi, Xocalı, Ağdərə, Xocəvənd, Ağdərədə üçrəngli Dövlət
Bayraqlarımız qaldırıldı və bununla da tarixi ədalət bərpa olundu.
Ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dahi
sərkərdəliyi ilə qazanılan bu qələbədən dərhal sonra azad edilən ərazilərdə
hazırda geniş miqyas alan bərpa-quruculuq işləri başladı. Eyni zamanda
soydaşlarımızın öz döğma qurdlarına qayıdışına start verildi. Bu gün artıq
keçmiş məcburu köçkünlərin bir hissəsi Füzuli, Laçın, Şuşa, Xocalı
şəhərləri, Ağalı, Talış, Zabux, Sus kəndlərinə qayıdıblar. İlin sonuna qədər
Cəbrayıl, Kəlbəcər, Xankəndi şəhərlərinə də qayıdış başlanacaqdır.
Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva
mütəmadi olaraq işğaldan azad edilmiş ərazilərimizə səfərlər edir, görülən
işlərlə yaxından tanış olur, yeni sosial obyektlərin açılışında və təməlqoyma
mərasimlərində iştirak edirlər. Son üç ildən artıq dövrün qürurverici
hadisələrindən biri budur ki, dövlət başçısı İlham Əliyev öz doğum
günlərində, bayramlarda, əlamətdar günlərdə xalqın arasında olur, onlara
müjdələrini çatdırır.
Digər bayram günlərində olduğu kimi, 28 May - Müstəqillik Günündə
də dövlət başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları
Arzu Əliyeva işğaldan azad edilmiş Ağdam və Xocalı rayonlarında olublar.
Dövlətimiz və xalqımız üçün əlamətdar gündə – Müstəqillik Günü
Prezident İlham Əliyev Ağdamın Tağıbəyli, Güllücə, Nəmirli, Şotlanlı
kəndlərinin təməlini qoydu. Prezident İlham Əliyev Xocalıya səfəri zamanı
şəhərdə 15 çoxmənzilli binada həyata keçirilən təmir və yenidənqurma
işlərindən sonra yaradılan şəraitlə tanış olub. Həmin gün dövlətimizin
başçısı və ailə üzvləri Xocalı şəhərinə köçən sakinlərlə görüşüb, onlara
yeni mənzillərinin açarlarını təqdim ediblər.
Böyük qayıdışın reallaşdırıldığı digər yaşayış məntəqələri kimi, Xocalı
şəhərinə də köçün sürətlənməsi davam edir. 32 ildən sonra Müstəqqillik
Günündə öz dədə-baba torpaqlarına qayıdan Xocalı sakinləri ikiqat sevinc
yaşayıblar.
Xocalılarla görüşü zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyev
xüsusi qeyd edib ki, İkinci Qarabağ müharibəsi başa çatanda xocalılılar
inanırdılar, bilirdilər bu gün də gələcək. Mən də bilirdim, şübhə etmirdim.
Sadəcə olaraq onun vaxtı var idi. Xocalılılar bəlkə də bu qədər tez baş
verəcəyini gözləmirdilər: «Burada - Xocalıda, Xankəndidə, o vaxt hələ ki,
azad edilməmiş digər şəhər və kəndlərimizdə separatçılar at oynadırdılar.
Onlar hesab edirdilər ki, burada separatçılıqla əbədi məşğul olacaqlar.
Halbuki bunun heç bir hüquqi, tarixi əsası yox idi. Xocalı qədim Azərbaycan
torpağıdır. Mənfur düşmən soyqırımı törədəndən sonra burada qanunsuz
məskunlaşma da aparmışdır. Bu da hərbi cinayət sayılır. Xocalının adını da
dəyişdirməyə, bir hərbi cinayətkarın adına rəsmiləşdirməyə çalışırdılar.
Ancaq hər şeyin vaxtı var və biz qayıtmışıq, həm Vətən müharibəsi, həm
antiterror əməliyyatı xalqımızın gücünü, iradəsini, əsgər və zabitlərimizin
qəhrəmanlığını bütün dünyaya sübut etdi.»
Uzun illər işğal altında qalan Xocalı azad olunduqdan sonra qısa
müddət ərzində burada bərpa və yenidənqurma işləri sürətlə davam
etdirilir. Əzəli yurdlarına qaydan keçmiş köçkün ailələri artıq müasir tipli
evlərlə təmin olunublar. Bir vaxtlar torpağı qanla yoğrulan bu doğma yurd
yeri indi dövlətin dəstəyi ilə addım-addım, qarış-qarış yenidən dirçəldilir.
Qeyd edək ki, Xocalıya köçürülən ailələr ölkənin müxtəlif ərazilərində
yardımçı tikililər və müxtəlif müəssisələrə məxsus olan binalarda
yerləşdirilən sakinlər olub. Xocalı şəhərində indiyədək 44 ailənin (169
nəfər) daimi məskunlaşması təmin edilib.
Onu da vurğulamaq yerinə düşər ki, Xocalıya köçün daha da
intensivləşməsi üçün şəhərdəki yarımçıq tikili vəziyyətində olan və 3,34
hektar ərazini əhatə edən yaşayış kompleksi də əsaslı təmir olunub.
Burada hər biri ikigirişli olmaqla, üçmərtəbəli 15 binada iki, üç və dördotaqlı
80 mənzil var. Kompleksdə uşaq oyun meydançaları, idman qurğuları və
meydançası, söhbət guşələri yaradılıb.
Bu gün Xocalıda aparılan quruculuq işləri böyük sürətlə davam edir.
Bunun da nəticəsi kimi ölkənin digər yerlərində müvəqqəti məskunlaşan
xocalıların öz yurdlarına gönüşü daha da sürətlənir.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.