Beyləqanda pulsuz göz müayinələri - Badam Klinikasının “göz tırı“ yola çıxdı

2-06-2024, 17:59           
Beyləqanda pulsuz göz müayinələri - Badam Klinikasının “göz tırı“ yola çıxdı
Badam Medical Centerin səyyar klinikası iyunun 3-dən 17-dək Beyləqanda olacaq.

Klinikanın İctimaiyyətlə Əlaqələr üzrə meneceri Çingiz Özgürün verdiyi məlumata görə, məqsəd regionlarda əhalinin gözlə bağlı problemlərinin həllinə dəstək olmaqdır.

Beyləqan Rayon İcra Hakimiyyəti və Badam Klinikasının birgə tədbiri olan bu layihədə, göz müayinələrindən keçən vətəndaşlara həkim məsləhətləri veriləcək, ehtiyac yaranan hallarda müalicə ediləcək, cərrahi müdaxiləyə gərək olarsa, İcbari Tibbi Sığortanın dəstəyi ilə göndərişlər alınaraq BADAM Medical Centerdə peşəkar oftalmoloq-cərrahlarımız tərəfindən əməliyyat ediləcək.

Müayinələri tibb ocağının NUR Göz Mərkəzinin həkimləri edəcək.
Səyyar klinika İcra Hakimiyyəti binasının qarşısında dayanacaq.

Əlavə məlumat almaq istəyənlər 0553525571, 0125386699, *6699 nömrələrinə zəng edə bilərlər.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru