Heydər Əliyevin Azərbaycan dövlətinin və xalqının xilası missiyası - İsrafil Kərimovun yazısı
4-06-2024, 09:40
Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər
Əliyev 1993-cü il iyunun 9-da Bakıya qayıdışı ilə xalqımızın müstəqillik
tarixinin ən mühüm səhifəsini yazdı.
Tarixə nəzər saldıqda görərik ki, Azərbaycanın müstəqilliyinə təhlükə
olan məqamlar çox olsa da, 1993-cü ilin Gəncə hadisələri daha mürəkkəb
xarakteri ilə seçilir. Surət Hüseynovun qiyamçı dəstələri mövcud AXC-
Müsavat iqtidarını devirmək üçün Bakıya üz tutdular. Həmin vaxt Naxçıvan
MR Ali Məclisinin Sədri olan Ümummilli lider Heydər Əliyev zəngin
təcrübəsinə əsaslanaraq bu məqamı çox yaxşı dərk edirdi ki, paytaxt
Bakıda yaranan xaosun, anarxiyanın, özbaşınalıqların davamı kimi
Gəncədə baş verənlər Azərbaycanın hərtərəfli məhvinə yönəldilmiş cinayət,
AXC-Müsavat iqtidarının yanlış əməllərinin, səriştəsizliklərinin nəticəsi idi.
Həmin dövrdə Ulu Öndər 91 nəfər ziyalının xalqın böyük
əksəriyyətinin istəyini ifadə edərək bu gün ölkəmizin ictimai-siyasi
həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaradılması ilə
bağlı ona ünvanlanan müraciətə cavabında müstəqilliyimizi tarixi
nailiyyətimiz kimi önə çəkərək onun qorunmasını hər kəsin qarşısına
vətəndaşlıq borcu kimi qoymuşdur. İyun ayının 4-də Gəncə şəhərində
başlanan və davam edən hadisələrin narahatlıq doğurduğunu bildirən
Ümummilli Lider bildirmişdi ki, şəhərdə qan tökülüb, normal həyat pozulub,
faktiki olaraq vətəndaş müharibəsi başlanıb.
Cəmi 1 il hakimiyyətdə olan qara qüvvələrin iqtidarda olduğu dövr
Azərbaycanın yeni tarixinin ən faciəli illəri idi. AXC-Müsavat cütlüyünün
hakimiyyəti ölkədə anarxiya, xaos, özbaşınalığın tüğyan etməsi,
iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırlaşması,
torpaqların işğalı ilə yadda qaldı. 1993-cü ildə Azərbaycan dövlət
müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalanda xalq xilas yolunu axtardı.
Xalqın təkidli tələbi ilə 1993-cü il iyunun 9-da Bakıya qayıdan Ulu
Öndər xilaskarlıq missiyasını yerinə yetirərək Azərbaycanı inkişaf, tərəqqi
yoluna çıxardı. Vətəndaş qarşıdurmasının dayandırılması, dövlət
müstəqilliyinin itirilməsi təhlükəsinin xilası bu tarixdən başlandı. İyunun 13-
14-də ziyalılardan, ağsaqqallardan ibarət qrupla Gəncəyə gedən
Ümummilli Lider Heydər Əliyev Surət Hüseynovla, sadə vətəndaşlarla,
hərbçilərlə görüşərək siyasi böhranın, qarşıdurmanın aradan qaldırılması
üçün söhbətlər apardı, çıxış yolları barədə faydalı, müdrik tövsiyələrini
bildirdi. Zərərçəkən, əzizlərini itirən gəncəlilərə mənəvi dəstək oldu.
Görüşün nəticələri barədə iyunun 15-də keçirilən Ali Sovetin fövqəladə
sessiyasında açıqlama verdi.
Həmin gün deputatların yekdil səsverməsi ilə Ümummilli Lider
Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu, seçim ilə
Azərbaycanın xilas yolunun, müstəqilliyimizin əbədiliyinin təməli qoyuldu.
Tarixə Milli Qurtuluş Günü kimi yazılan 15 iyundan başlanan yol 2020-ci
ildə xalqımıza Zəfər sevincini yaşatdı. Düşünülmüş və məqsədyönlü
siyasət nəticəsində Azərbaycana möhtəşəm uğurlar qazandıran ulu öndər
Heydər Əliyevin söylədiyi «Azərbaycan dünyaya günəş kimi doğacaq»
tezisi reallıqda öz əksini tapdı. Azərbaycanın müstəqilliyinin daimiliyi və
əbədiliyi təmin edildi. İmzalar arasınqda imzaları ilə seçilən müasir
müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəri olaraq daim
inkişaf edir, davamlı uğurlara imza atır.
Son 21 ildə Heydər Əliyev siyasətini bütün istiqamətlərdə uğurla
davam etdirən Prezident İlham Əliyevin gördüyü işlərin zirvəsində ata
vəsiyyətini yerinə yetirərək Azərbaycanın ərazi bütövlüyünü təmin etmək,
işğaldan azad edilmiş torpaqlarımızda üçrəngli bayrağımızın
dalğalanmasına nail olmaq idi. Şükürlər olsun Müzəffər Ali Baş
Komandanımız bu məqsədiə nail oldu. Şübhəsiz, Azərbaycan bundan
sonra daha da inkişaf edəcək, regionda və dünyada liderliyini qoruyacaq.
İsrafil Kərimov - Azərbaycan Jurnalistlər Birliyinin üzvü