“Nar” qəbul imtahanında yüksək nəticə əldə edən gəncləri mükafatlandıracaq

24-06-2024, 18:45           
“Nar” qəbul imtahanında yüksək nəticə əldə edən gəncləri mükafatlandıracaq
“Nar” ali məktəblərə qəbul imtahanlarında ən yüksək bal toplayan abituriyentləri hər il olduğu kimi bu il də mükafatlandıracağını elan edir. Ən yüksək nəticə göstərən gənclər mobil operator tərəfindən xüsusi mükafatlarla təltif olunacaqlar.

Müasir təhsildə texnologiyanın gücünə inanan “Nar” tezliklə universitet tələbələrini daha rahat ünsiyyət üçün smartfonlar və yüksək məbləğdə balansı olan xüsusi mobil nömrələrlə mükafatlandıracaq. Bu hədiyyələr tələbələrin universitet həyatına daha rahat inteqrasiyasını təmin edəcək və onlar üçün yeni öyrənmə imkanları açacaq.

“Nar” 2018-ci ildən etibarən qəbul imtahanlarında maksimum bal toplayan tələbələri mükafatlandırır. Mobil operator BMT-nin davamlılıq məqsədlərinə uyğun olaraq, KSM strategiyasının əsas istiqaməti kimi təhsilə dəstəyə xüsusi diqqət göstərir və bu gün təhsili təşviq etməklə sabahın daha parlaq gələcəyinə töhfə verir. “Nar”ın həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat üçün nar.az saytına daxil ola bilərsiniz.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir və son 5 ildir ki, Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru