Yanvar qırğınlarının Neftçala “səhifəsi” – Tənzilə Rüstəmxanlı 25 yanvar faciəsindən danışdı
Dünən, 10:28
990-cı ilin 20 Yanvar faciəsindən bir neçə gün sonra sovet tankları Azərbaycanın müxtəlif bölgələrinə, o cümlədən Cəlilabada və Neftçalaya doğru hərəkət etdi. Xalqın azadlıq uğrunda apardığı mübarizəni boğmaq məqsədi ilə həyata keçirilən bu hərbi əməliyyatlar nəticəsində günahsız insanlar hədəfə alındı. Neftçala rayonunda əliyalın və günahsız sakinlər sovet ordusunun amansız hücumlarına məruz qaldılar. Bu qanlı hücumlar nəticəsində 2 nəfər həyatını itirdi, 50-yə yaxın insan isə həbs edildi. Həbs olunanlar arasında yerli əhali ilə yanaşı, azadlıq və müstəqillik uğrunda mübarizə aparan şəxslər də var idi. Neftçala sakinləri həmin günlərdə böyük bir iradə və cəsarət göstərərək, azadlıq mübarizəsinə dəstək verdilər. Lakin sovet ordusunun ağır texnika ilə müşayiət olunan hücumları bu iradəni qırmağa çalışdı. Sovet tankları yalnız insanlara deyil, həm də bölgənin infrastrukturuna ciddi ziyan vurdu, dinc əhaliyə qarşı repressiv addımlar atıldı.